Azərbaycanlı deputatın oğlunu oğurladılar və əvəzində…-FOTO

Türkiyədə Azərbaycan Milli Məclisinin deputatlarından birinin oğlunun oğurlandığı haqda məlumat yayılıb. Bu barədə bu gün “musavat.com” saytı məlumat yayıb. Məlumatda bildirilir ki, deputatdan 5 milyon dollar alındıqdan sonra oğlu sərbəst buraxılıb. 

“Bakipost.az” saytı oğlu oğurlanan deputatın kimliyini açıqlayıb.

Oğurlanan şəxsin Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov olduğu bildirilir. Qeyd olunur ki, Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. Məlumatlı mənbə A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığını bildirib.

Məsələ ilə bağlı saytın əməkdaşlarının deputat Əhliman Əmiraslanovla bir neçə dəfə əlaqə yaratmaq cəhdləri baş tutmayıb. Deputatın köməkçisi Raqif Xəlilov isə məsələni araşdırıb məlumat verəcəyini desə də, sonradan Ə.Əmiraslanovla əlaqə saxlaya bilmədiyini bildirib: “Zəng etdim açmadı. Günün ikinci yarısı yenidən əlaqə saxlayacağam”. 

Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.

Musavat.com-un əldə etdiyi məlumata görə, danışıqların nəticəsi olaraq oliqarx-deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.

Xəbərə görə, deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmanın üzvləri olublar.

Qeyd edək ki, oliqarx-deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.

Hadisənin təfərrüatı ilə bağlı əlavə məlumat verəcəyik.