Qurultay nümayəndəsi- Baş redaktor Namiq Məmmədov: ” Mən səsimi layiqli namizədlərə verəcəyəm!”

Azərbaycan Mətbuat Şurasının VIII qurultayı sentyabrın 24-də keçiriləcək.
Məndə  qurultay nümayəndəsi  kimi “Sabaha inamla” qəzetini təmsil edəcəyəm. Qurultayda Mətbuat Şurasının sədri  və İdarə Heyətinin üzvüləri seçiləcək.
Mən fəxr edirəm ki, ikinci dəfədir ki, qurultay nümayəndəsi oluram. Çox istəyirəm ki, Mətbuat Şurasının yeni tərkibi Azərbaycan jurnalistikasının inkişafı, Azərbaycan jurnalistlərinin onlara göstərdiyi etimadı doğrultsunlar. Jurnalistlərə diqqət və qayğı göstərsinlər.Yeni dövr bunu tələb edir.
Mən səsimi layiqli namizədlərə verəcəyəm!

Namiq MƏMMƏDOV,
“Sabaha inamla” qəzetinin baş redaktoru