Qeyri-adi bitki Mingəçevir sakininin bağını bəzəyir.
Mingəçevir sakini Damət Şəfizadə turizm sahəsi ilə məşğul olsa da,amma öz şəxsi təsərrüfatında maraqlı güllər,bitkilər yetişdirməyi bacarıb.Bu günlərdə onun təsərrüfatında olan Yapon sortu balqabaq bitkisi nəzərimizi cəlb etdi. Bu bitkinin qeyri adiliyi onun digər balqabaqlardan balaca yəni armud boyda olmasıdır.
Özünün də dediyi kimi bu bitkini görənlər ayaq saxlayıb onunla maraqlanırlar. Bu kiçik narıncı rəngdə olan hündür çardağa sarılıb bar verən bitki yerli balqabaqlardan fərqlənir. Digər balqabaqdan fərqini isə müsahibimiz bizə açıqlayıb. Damət Şəfizadənin təsərrüfatında digər maraqlı tikansız qızılgül koludur. Artıq gül kolunun ləçəkləri töküldüyündən çəkmək mümkün olmadı.
Esmira Hidayətova,
Mingəçevir