Millət vəkili Buzovna Sanator-Kurort Reablitasiya Mərkəzindən yazdı-FOTOLAR

Vətən müharibəsi qazilərinə, şəhid ailələrinin üzvlərinə göstərilən xidmətlər həmişə dölətimizin, onun rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyevin daimi diqqəti mərkəzindədir. Məhz cənab Prezidentin göstərişi ilə vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizin saglamlıqlarına tam qovuşması üçün ən yüksək və müasir tələblərə cavab verən tibbi reablitasiya mərkəzlərinin yaradılması qısa zaman ərzində həyata kecirilmiş və bu gün də bu istiqamətdə işlər davam etdirilir.

2019-2020-ci illərdə ölkədə 11 reablitasiya və sosial xidmət müəssisəsi əsaslı şəkildə təmir olunaraq və yenidən tikilərək ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir. Belə müəssisələrdən biri də Buzovna Sanator- Kurort Reablitasiya Mərkəzidir. Mərkəz Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə Səhiyyə Nazirliyi tərəfindən qısa müddətdə inşa edilib. Burada ən müasir və yüksək texnologiyalı avdanlıqlar quraşdırılıb, böyük təcrübəyə malik tibbi personal ilə təmin olunub. Məhz 2020-ci ilin noyabr ayında ölkəmizin 1-ci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə torpaqlarımızın azadlığı uğrunda sücaət və qəhrəmanlıq göstərmiş vətən müharibəsinin qazilərinin və səhid ailələrinin üzvlərinin istifadəsinə verilmişdir.

İl ərzində burada 1300-1600 qaziyə yüksək səviyyədə tibbi xidmət dövlət hsabına həyata keçirilir. Mərkəzin məqsədi qazilərimizə bərpa müalicəsi xidməti göstərilməsi yolu ilə onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Buzovna tibbi reablitasiya mərkəzində yaradılan bu şərait sözsüzki ölkə rəhbərimizin və Azərbaycanın 1-ci vitse-prezidenti xanım Mehriban Əliyevanın şəhid ailələrinin üzvlərinə, 1-ci və 2-ci Qarabağ müharibəsində sağlamlığını itirmiş və bu səbəbdən fiziki qusuru yaranmış qazilərimizin öz sağlamlıqlarına qovuşması üçün yaratdıgı diqqət və qayğının ən bariz nünunəsidir.

Bu günlərdə Buzovna Sanator-Kurort Reablitasiya Mərkəzində müalicəsini növbəti dəfə davam etdirən Yevlaxdan olan, 1-ci qrup əlilliyi olan qazimiz Ağaməmmədov Yusif Fizuli oğlunu ziyərət etdim. Xəzər dənizinin sahilində füsunkar bir təbii relyefdə ən müasir bir üslubda inşa edilmiş bu mərkəz məni ilk baxışda heyran etdi. Qazimiz Yusifə ilk sualım mərkəzdəki sərait, mülicə prosedurları və diqqətin necə olması oldu. Bizim söhbətimiz əsnasında bizə mərkəzdə müalicə alan və qazimiz Yusiflə dostluq edən bir neçə qazi və həmin vaxtı xəstələrə baxış keçirən mərkəzin direktoru Mürsəl Mürsəlov yaxınlaşdı tanış olduq. Yenə də ilk diqqətimi çəkən məhz mərkəzin rəhbəri Mürsəl həkimin hər bir qazi ilə dostluq və yaxın münasibətini gördüm. Qazimiz Yusif dedi ki, hətta biz müalicə ücun bir qədər gecikəriksə Mürsəl həkim özü şəxsən zəng edib bizi Mərkəzə dəvət edir.

Mərkəzin olduqca müasir və komfortlu yeməkxanasında qazilərimiz, Mərkəzin direktoru Mürsəl müəllim və tibb personalə ilə söhbətimiz zamanı qazilərimiz bu diqqət və qayğı üçün belə müasir müalicə presedurları ucün Prezidentimiz Cənab İlham Əliyevə və Ölkəmizin 1-ci vitseprezidenti xanım Mehriban Əliyevaya təşəkkurlərini bildirdilər. Buzovna Reablitasiya Mərkəzinin direktoru Mürsəl müəllim də qazilərimizin və səhid ailələrinin uzvlərinin mərkəzdə müalicə və reablitasiyalarınin yüksək tələblərə cavab verən standartlara uyğun aparıldığını qeyd edərək bildirdiki bunun üçün Mərkəzin tabe olduğu Səhiyyə nazirliyi şəxsən nazir Teymur Musayevin Xüsusi diqqətindədir. Çünki Vətənin ərazi bütövlüyü uğrunda sağlamlığını itir itirmişmis qazilərimiz ən yüksək dəyərə malikdirlər bu Prezidentimiz İlham Əliyevin siyasətinin ən uca zirvəsidir.

 

İlham Məmmədov,

Millət vəkili

Kanal32.az