Zəfər qurultayında iştirak edən bir qrup diaspor nümayəndəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olub
“Diaspornews.az” xəbər verir ki, Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı çərçivəsində Rusiyadan ölkəmizə səfər edən bir qrup diaspor nümayəndəsi bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Təşkilat sədri Fatma Səttarova ilə görüşən diaspor nümayəndələri Rusiyada gördükləri işlər, həyata keçirdikləri layihələr haqqında məlumat verib, birgə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Görüşdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqlara Təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verib, onları görülən işlərlə tanış edib.