Tarixçi alim “Zəfər qurultayı”na belə münasibət bildirdi…

“2001-ci il ulu öndər Heydər Əliyevin rəhbərliyi altında keçirilən Dünya Azərbaycanlılarının qurultayı dünya azərbaycanlılarının dünyada formalaşması, təşkilatlanması, eyni zamanda, bir təşkilat altında birləşərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycan dövlətinin dünyada tanınması və Azərbaycan dövlətinin özünün xarici siyasətində dünyada yaşayan azərbaycanlılarla iş prinsipinin qurulması baxımından da önəmli olmuşdur”.

Bu sözləri Olaylar.az-a açıqlamasında tarixçi Sübhan Talıblı deyib.

“Qeyd edək ki, Şuşada –  Azərbaycan Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycan əsgərinin və xalqının işğaIdan azad  etdiyi müqəddəs diyar, bizim üçün son dərəcə önəmli Şuşada belə bir qurultayın keçirilməsi həm mənəvi, həm tarixi, həm ideoloji, həm də dünyaya mesaj verməsi baxımından çox önəmlidir. Cənab Prezidentin dediyi kimi, bu zəfər qurultayıdır və  Azərbaycan xalqı üçün hərtərəfli siyasi, ideoloji tarixi əhəmiyyəti vardır.
Cənab Prezidentin haqlı olaraq qeyd etdiyi kimi, istər Azərbaycan höküməti, istər səfirliklərimiz, istər diaspor təşkilatları Azərbaycan haqqında reallıqları, həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıdırlar. Bu bizim üçün həm siyasi, həm mənəvi, həm milli, həm də dövlətçilik baxımından bir vəzifə, borc olmalıdır. Təbii ki,  dünyada yaşayan azərbaycanlıların  dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırması mühüm vəzifədir  və bu məsələdə fəallıq göstərməsi son dərəcədə önəmlidir.

Bu məsələdə də qeyd etdiyim kimi İkinci Qarabağ müharibəsində də bu və ya digər şəkildə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının təbliğində də diasporamızın fəaliyyəti də bizim üçün son dərəcə önəmli olmuşdur. Bu mövzuda aktivliyimizi hər zaman qorumalıyıq və bunu  cənab Prezident də iştirakçıların diqqətinə çatdırmışdır. Xüsusilə, ölkə rəhbərinin qeyd etdiyi kimi, hər bir diaspor fəalı və diasporanın üzvü olan, yaşadığı ölkənin ictimaiyyətində də, eyni zamanda bu məsələni maarifçilik yolu ilə Azərbaycan həqiqətlərini, Azərbaycan tarixini, mətbəxini, ictimai-siyasi vəziyyətini, mədəniyyətini tanıtmalıdır.
Bütün müqavilələrə nəzər yetirdikdə, müqavilələr içərsində erməni ailələrindən söhbət getmədiyini diqqətə çatdırmışdır.

Bu gün bütün dünyada yaşayan azərbaycanlılarımız həm Azərbaycanın tarixini, həm Qarabağ müharibəsi haqqında həqiqətləri – istər tarixi, istər ideoloji baxımdan, hamısını dərindən bilməlidirlər. Yaşadıqları ölkələrdə də istər mətbuatda, istər ayrı-ayrı konfranslarda, dövlət təşkilatlarında da əllərindən gələn qədər çatdırmalıdırlar. Təbii ki, bu məsələlər də Azərbaycan tarixi, Azərbaycanın tanıdılması üçün son dərəcə önəmlidir. Ölkə rəhbərinin dediyi kimi, biz hər zaman xaricdə yaşayan azərbaycanlıların yaşam tərzi ilə maraqlanırıq və onlarla təmaslar qurmağa maraqlıyıq. Dünyada yaşayan hər bir azərbaycanlı tarixi Azərbaycan torpaqları uğrunda mücadilə aparmalıdır.

Qurultayın  əhəmiyyətinə gəldikdə isə, bunu da qeyd edək ki, dünyada yaşayan Azərbaycanlıların Bakıya dəvət olunması, onlarla təmasların qurulması, onların problemləri, onların işilə yaxından maraqlanmaq, həm təşkilatçlıq, həm də müstəqil Azərbaycan Respublikasının əlaqələrinin qurulması baxımından da  önəmlidir. Çünki, biz nəzərə almalıyıq ki, belə bir məsələdə – diaspor məsələsində ilk öncə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, eyni zamanda, mədəniyyətimizin, turizmimizin, bizim dünyada olan gücümüzün təbliğatı  baxımından önəmlidir. Yəni, Azərbaycanla həmin dövlətlərdə əlaqələrnin tanınması, Azərbaycanın həmin ölkələrə çıxış etməsi, həmin dövlətlərin parlamentlərində, yürüşlərində, mitinqlərdə, elmi dairələrdə  beynəlxalq təşkilatlara çatdrılması baxımından da önəmlidir.

Bir daha qeyd etdiymiz kimi bu qurultayın keçirilməsinin  bizim üçün son dərəcə önəmi var. Bu məsələləri daim diqqətdə saxlamalıyıq, daim xaricdə yaşayan azərbaycanlılarla təmas qurmalıyıq, onların imkanlarından maksimum istifadə etməliyik və yeri gəldikcə onlara da bu və ya digər şəkildə yardımlar, dəstəklər etməliyik”.

Leave a comment