AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının Xocalı soyqırımı ilə bağlı “Xocalı soyqırımı: bəşəriyyətin ən qanlı faciərindən biri” məqaləsi Özbəkistanın fikr.uz saytında rus dilində dərc olunub.
AMEA Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Vüqar Məmmədovun 525.az-a verdiyi məlumata görə, məqalədə 20-ci əsr boyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə bağlı məlumat verən müəllif 1992-ci ilin 26 fevral Xocalı faciəsindən ətraflı bəhs edir. Xocalıda insanlığa qarşı cinayətlərin kimlər tərəfindən və necə törədildiyindən yazan S. Talıblı, soyqırımın acı nəticələri barədə məlumat verir. Soyqırımı törədən cinatətkarlardan bir qisminin bu qansız əməlləri etirafları qeyd olunan yazıda Xocalı soyqırımının dünyanın aparıcı imformasiya vasitələrində işıqlandırılması, bu soyqırımı tanıyan ölkələr barədə də məlumat verilir.