Körfəz Ərəb Dövlətləri Şurasında Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev Körfəz Ərəb Dövlətləri Şurasının baş katibi Nayif Fəlah Mübarək Əl-Nacraf ilə görüşüb.
Söhbət zamanı Azərbaycan ilə siyasi məsləhətləşmələrin davam etdirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, körfəzin ərəb ölkələrinin işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində fəal iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfir Ş.Abdulayev və Nayif Fəlah Mübarək Əl-Nacraf 2013-cü ildə imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayaraq, qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
Sonra Nayif Fəlah Mübarək Əl-Nacrafın sədrliyi ilə toplantı zalında Azərbaycan, habelə İrlandiya ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.