Azərbaycan prezidentinin müvafiq sərəncamları ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar. Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad olunublar.
Səhiyyə nazirinə yeni müavinlər təyin olunub. Prezident İlham Əliyevin 3 fevral 2022-ci il tarixli müvafiq sərəncamları ilə İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.