Nazir Fərid Qayıbov və icra başçısı Mingəçevirdə gənclərlə rəqs edib-VİDEO

Gənclər və idman naziri Fərid Qayıbov,Milli Məclisin deputatı Elnur Allahverdiyev,nazir müavini Mariana Vasileva, Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov Akademik avarçəkmə, kayak və kanoe üzrə Gənclər Kuboku ilə əlaqədar Mingəçevirə səfər edib.

KANAL32.az-ın məlumatına görə, yarış öncəsi gənclərlə görüşən nazir 2 – Fevral Gənclər gününün 25 illik yubileyi münasibətilə onlara təbriklərini çatdırıb.Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra  nazir Fərid Qayıbov, müavini Mariana Vasileva, Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və federasiya rəsmiləri ilə birlikdə gənclərlə rəqs edib.

Kanal32.az “report”a istinadən həmin videonu təqdim edir:

Kanal32.az