Mingəçevir Şəhər İcra Hakimiyyəti açıqlama yaydı

350

Mingəçevir Şəhər İcra Hakimiyyəti məcburi köçkünlərə olan mənfi münasibətlə bağlı iddialara cavab verib.

Theazerbaijantimes.az saytı martın 26-da“Mingəçevirin İcra başçısı məcburi köçkünlərə qarşı” adlı məqalə dərc edib.Məqalədə köçkünlərə istinadla bildirilib ki,Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun rəhbərliyi ilə həyata keçirilən dezinfeksiya tədbirləri məcburi köçkünlərin məskunlaşıdğı 4 qəsəbədə-3 nömrəli,»Yeni həyat» və H.Əliyev prospektində yerləşən 20 doqquzmərtəbəli binanın yerləşdiyi iki qəsəbədə həyata keçirilməyib.O cümlədən,qeyd olunub ki,İcra başçısı İlham İsmayılov təyin olunduğu gündən indiyə kimi bir dəfə də olsun məcburi köçkünlərin məskunlaşıdğı və Az.DRES ərazisində yerləşən 3 nömrəli qəsəbədəki,»Yeni həyat» qəsəbəsindəki,o cümlədən şəhərin H.Əliyev prospektində yerləşən 9 və 11 ədəd hündürmərtəbəli binalardan(511+594 ailə) ibarət qəsəbələrdəki insanlarla görüşməyib.Qəbula gələn məcburi köçkünlərin əksəriyyəti icra başçısı tərəfindən qəbul edilmir.Sadəcə digər şöbələr tərəfindən yola verilir.»Yuxarıdan gələnlər»in isə heç yan-yörəsinə buraxılmır.

Mediada yer alan həmin yazı ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyəti məlumat yayıb.Kanal32.az-a açqılama verən İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev bildirib ki,Mingəçevirdə hər zaman məcburi köçkünlərə qarşı yaxşı münasibət olub.Onların problemləri dinlənilib və imkanlar daxilində həllinə kömək göstərilib.Həmçinin,iş günlərində həftəiçi onlar icra hakimiyyətinin müvfiq şöbləri tərəfindən qəbul edilir,müraciətlərinə baxılır.

Qəsəbələrdə yaşayan məcburi köçüknlərlə görüş məsələsinə gəlincə isə,icra hakimiyyətinin rəsmisi qeyd edib ki,həmin görüşlər köçkün rayonların icra başçısları və məsul əməkdaşları tərəfindən keçirilir.Lakin buna baxmayaraq Mingəçevir Şəhər İcra Hakimiyyəti başçsının şəhər əhalisi ilə keçirdiyi səyyar görüşlərdə məcburi köçkünlər də iştirak edir və onların problemlərinin həlli üçün müvafiq tədbirlər görülür.

İcra hakimiyyətinin rəsmisi Sahib Əliyev Mingəçevirdə yerləşən 3 nömrəli,»Yeni həyat» və H.Əliyev prospektində yerləşən 20 doqquzmərtəbəli binanın yerləşdiyi iki qəsəbədə dezinfeksiya işlərinin aparılmaması ilə bağlı məsələyə də münasibət bildirib:”Köçkünlərin məskunlaşdığı qəsəbələrdə dezinfeksiya işlərinin aparılması Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qaydada bağladığı müqavilə əsasında onların xüsusi briqadası tərəfindən həyata keçirilir.İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məsələ ilə bağlı Dövlət Komitəsi ilə əlaqə yaradıb.Oradan bildiriblər ki,martın 27-də həmin dezinfeksiyaedici briqada Mingəçevirə gələcək və sözügedən qəsəbələrdə koronavirusa qarşı proflaktik tədbirlər və dezinfeksiya işləri aparacaqlar”.

Onu da qeyd edək ki,Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında da qərargah yaradılıb və iş planına uyğun olaraq Kommunal Təsərrüfat İstehsalat Birliyinin və digər müvafiq idarələrin əməkdaşları tərəfindən istirahət günlərində şəhərinin əsas prospektində,küçələrdə, məhəllələr və binaların girişlərində,yataqxanalarda dezinfeksiya işləri aparılıb.Proses davam etdirlir.

Kanal32.az