Nostradamus koronavirusla bağlı nələr deyib?

278

Mişel Nostradamusun “Les Propheties” kitabında koronavirusla əlaqədar olduğu bildirilən öngörüsü gündəmə gəlib.

Kult.az xəbər verir ki, koronavirusu öncədən görən Nostradamus onu xüsusi işarələr vasitəsilə ifadə edib.

Nostradamusun verdiyi proqnoz kitabında aşağıdakı kimi qeyd edilib:

“Əkizlər ilində Şərqdən bir kraliça yüksələcək, gecə varlıqlarından vəbasını 7 təpəli diyara yayacaq, alacaqaranlıqlarında olan insanları toza çevirəcək”.

Nostradumusun verdiyi proqnoz mütəxəssislər tərəfindən belə deşifrə edilib:

“Əkizlər ilində (20-20) Şərqdən (Çin) bir kraliça (“korona” – tac) yüksələcək, gecə varlıqlarından (yarasalar – bu virusun yarasalardan keçdiyi ehtimalı var) vəbasını (virusu) 7 təpəli diyara (İtaliya) yayacaq, alacaqaranlıqlarında (yaşlılar) olan insanları toza çevirəcək (ölüm)”.

Qeyd edək ki, Nostradamus təxəllüsü ilə məşhur olan Mişel de Notrdam 1503-cü il dekabrın 14-də Fransanın Sen Remi vilayətində, xaçpərəstliyi (katolikliyi) qəbul etmiş yəhudi ailəsində anadan olub. Şöhrətini XVI əsrdə Avropada tüğyan edən Qara ölümün (taun epidemiyasının) həllində əldə etdiyi uğurlara görə qazanıb. 1566-cı ildə vəfat edib.