İraqda nəşr olunan “Dostluq” qəzetinin ikinci nömrəsi dərc edilib

İraqda fəaliyyət göstərən “İraq-Azərbaycan Dostluq Cəmiyyəti” tərəfindən təsis edilən “Dostluq” adlı qəzetin ikinci nömrəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, bu buraxılışda Zəfər Gününə həsr edilmiş geniş məlumatlar, səfirliyin noyabr ayı üzrə İraqdakı fəaliyyəti, şərqşünas-alim, filologiya elmləri doktoru, professor Aidə İmanquliyeva, xeyriyyəçi sahibkar Hacı Zeynəlabdin Tağıyev, görkəmli Azərbaycan şairi, mütəfəkkir Məhəmməd Füzuli barədə məqalələrə yer verilib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bağdad