“Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” kulturoloji elmi oxularının dördüncü və beşinci görüşü keçirilib-FOTOLAR
“Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” kulturoloji elmi oxularının davamı olaraq genişmiqyaslı tədbir keçirilib.
6-7 fevral 2025-ci il tarixlərində Azərbaycan Atatürk Mərkəzi elm və mədəniyyətin inteqrasiyasına xüsusi önəm verərək, “Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” kulturoloji elmi oxularının 4-cü və 5-ci görüşünə ev sahibliyi edib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası (AMA) tərəfindən həyata keçirilən bu innovativ kulturoloji layihə, mədəniyyət, elm və təhsilin vəhdətini gücləndirmək və vətəndaşların əqli və mənəvi mədəniyyətinin inkişafına töhfə vermək məqsədi daşıyır.
Tədbirdə millət vəkilləri, təhsil və elm adamları, ziyalılar və müxtəlif universitetlərin professor-müəllim heyəti, KİV nümayəndələri də daxil olmaqla mühim şəxslər yer alıb.Tədbiri kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov dəyərli nitqi ilə açıb.
Tədbirdə çıxış edən ekspertlər:
Fuad Məmmədov – kulturoloq, tarix elmləri doktoru, professor – “Yüksək mədəniyyətli insan” kulturoloji ustad sinifi
Əbülfəs Qarayev – keçmiş mədəniyyət naziri
Aydın Mirzəzadə – millət vəkili
Fazil Mustafa – millət vəkili
Şahin Seyidzadə – millət vəkili
Anar Cəfərov – Kənd Təsərrüfatı Nazirliyinin İnnovasiyalar Mərkəzinin direktoru
Minaxanım Əsədli – Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru, Azərbaycan kulturoloqlar cəmiyyətinin üzvü
Vüsalə Məmmədzadə – sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan kulturoloqlar cəmiyyətinin üzvü
Həsən Həsənov – tarix elmləri doktoru, Azərbaycanın keçmiş xarici işlər naziri
Zaur Ramazanov – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı
Misir Mərdanov – AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru
Namik Heydərov – Sosial İnkişaf Nazirliyinin şöbə müdiri
Nizami Cəfərov – akademik, millət vəkili, Atatürk Mərkəzinin rəhbəri
Ramiz İsgəndərov – ekspert (tədbir çərçivəsində xüsusi məruzə ilə çıxış edib)
Rüstəm Qasımov – “Yeni dövr” media əməkdaşı
Svetlana Bayramova – “Simurq” AMA vitse-prezidenti
İlqar Talıbov – S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru
Leyla Hacıyeva – S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktor müavini
Tədbirdə təqdim edilən materiallar, müzakirə və təkliflər kulturoloji tədqiqatların elmi bazasını təşkil edərək, mədəniyyətin idarəetmə və təhsil sisteminə təsiri, demokratiya və siyasi mədəniyyətin inkişafı, habelə mədəni irsin qorunməsı mövzularını əhatə edib.
Bu cür akademik platforma intellektual mədəniyyətin inkişafını gücləndirməyə xidmət edir və qüdrətli dövlətin inkişafını dəstəkləyir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli QÜDRƏTLİ DÖVLƏT VƏ YÜKSƏK RİFAH CƏMİYYƏTİ Sərəncamına əsaslanır.
“Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” layihəsi mədəniyyətin doğru mahiyyətini dərk etməyə və tətbiqinə yönələrək kulturogenez nəzərindən elmi, təhsili, maarifçiliyi mədəniyyətin flaqmanı kimi qiymətləndirir.
Gələcəkdə bu kimi layihələrin davam etdirilməsi və ölkə üzrə genişləndirilməsi nəzərdə tutulur.
Kulturoloji oxumaların nəticəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə bəyənnamə qəbul olunub.
![](https://kanal32.az/wp-content/uploads/2025/02/476101306_1320572085667413_1005442562039707643_n.jpg)
![](https://kanal32.az/wp-content/uploads/2025/02/476281026_1320572369000718_4969657657803416120_n.jpg)
![](https://kanal32.az/wp-content/uploads/2025/02/476303867_1320572025667419_277786610167769953_n.jpg)
![](https://kanal32.az/wp-content/uploads/2025/02/476338750_1320572055667416_449480738027540559_n.jpg)
![](https://kanal32.az/wp-content/uploads/2025/02/476343812_1320570649000890_8770243201796242788_n.jpg)
![](https://kanal32.az/wp-content/uploads/2025/02/476369162_1320572469000708_5361080017880901581_n.jpg)
![](https://kanal32.az/wp-content/uploads/2025/02/476432944_1320570655667556_1479450798729371752_n.jpg)
![](https://kanal32.az/wp-content/uploads/2025/02/476805533_1320572785667343_8807418204435723693_n.jpg)
![](https://kanal32.az/wp-content/uploads/2025/02/476833525_1320571425667479_1930505436985769187_n.jpg)
![](https://kanal32.az/wp-content/uploads/2025/02/476821636_1320571392334149_4853321587780419127_n.jpg)
Kanal32.az