Yevlaxda “Zəfər Salnaməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib-FOTO

YAP Yevlax rayon təşkilatı tərəfindən ümumtəhsil məktəblərində keçirilən “Zəfər Salnaməsi” dərsi adlı layihənin 3-cü günündə şəhər 3 №-li tam orta məktəbdə 7-11-ci sinif şagirdlərinin iştirakı ilə tədbir təşkil edilib.

KANAL32.az-ın xəbərinə görə tədbirdə əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Layihəni giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının baş məsləhətçisi Tural İsmayılov Ölkə Prezidenti cənab İlham Əliyevin siyasətdə,diplomatiyada və hərbi strategiyada həyata keçirdiyi misilsiz fəaliyyətindən və cəmi 44 gün ərzində 30 illik Vətən həsrətinə son qoyan Azərbaycan əsgərinin şücaətindən danışıb. Sonra şəhər 3№-li tam orta məktəbin direktoru Sevda Səmədova çıxışında Vətən müharibəsində xalqımızın Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasəti ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirməsindən və əldə olunan parlaq Qələbədən bəhs edib.

Tədbir zamanı YAP Yevlax rayon təşkilatı tərəfindən hazırlanmış Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilmişdir. Layihənin 3-ci günü üçün məruzəçisi Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova Azərbaycan torpaqlarının tarixin bütün mərhələlərində erməni təcavüzkarlarının işğalına məruz qalmasından və müstəqillik illərində hakimiyyət uğrunda gedən hərc-mərclikdən danışaraq, 1-ci Qarabağ müharibəsində erməni mənfurları tərəfindən 20% torpaqlarımızın işğal edildiyini diqqətə çatdırmışdır. Ölkəmizdə hökm sürən çətin tarix şəraitində xalqının səsinə səs verərək, 2-ci səfər siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin çoxşaxəli mədəni irsindən danışan Mərkəzin direktoru eyni zamanda dövlət başçısı cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində uzun illər düşmən tapdağında qalan torpaqlarımızın azad olunmasından bəhs edən geniş məruzə ilə çıxış etmişdir.

Sonda “Zəfər Salnaməsi” dərsinin iştirakçları ilə intellektual oyun keçirilmiş, 1-ci yerə layiq görülən 8-cu sinif şagirdi Aysu Sülymanova YAP Yevlax rayon təşkilatının fəxri fərmanı və hədiyyəsi, 2-ci yerə layiq görülmüş 8-ci sinif şagirdi Elşad Abışov və 3-cü yerə layiq görülmüş 8-ci sinif şagirdi Türfə Qarabəyli YAP Yevlax rayon təşkilatının hədiyyələri ilə təltif edildi.

Media1.az