Yevlaxda “İşıqpulu” əsərinin premyerası keçirilib-FOTOLAR

Mayın 30-da Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı Şəhər Yaradıcılıq Evində Bəşir Səfəroğlu adına Xalq TeatrındaRəşid Bərgüşadlının “İşıqpulu ” əsərinin premyerası keçirilib.

Kanal32.az-a verilən məlumata görə tamaşanın quruluşçu rejissoru Leyla Abdullayeva, musiqi tərtibatı və aranjıman Elçin Rəşidoğlu və Fərid Səfərəliyev, səhnə tərtibatı Salatın Mustafayevadır.

Tamaşada Teymur Mustafayev (Möhsün) , Elnurə Babayeva( Aşa) , Salatın Mustafayeva( qonşu), Zaur Qurbanov(polis ), Rəşad Hüseynov (İşıqpulu yığan), Sabir Hüseynov (Gülağa) ,Fəridə Həsənova(rejissor) ,Xan Quliyev (rejissor) , Leyli Mustafayeva( ailənin qızı) rollarında çıxış ediblər.

Tamaşanın fotoqrafı Orxan Hacıyev, operator Ruslan Hacıyevdir.

Tamaşada bütün dövrlərdə baş verən ailə məişət zəminindəki mübahisələrdən söhbət açılır. Finalda ailənin bir araya gəlməsi və hər iki tərəfin etdikləri səhvlərini etiraf etmələri tamaşaçının marağına səbəb olub.

Yumor səhnələri ilə yadda qalan tamaşa böyük alqışlarla sona çatıb.

  

Kanal32.az