Yevlax rayonunun polis rəisi vəzifəsindən azad olunub-Yerinə isə…

Beyləqan və Yevlax rayonlarına yeni polis rəisləri təyin olunub.

Kanal32.az-ın əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Binəqədi Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Beyləqan Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Rüstəm Cəfərov Yevlax Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Sabunçu rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Sədi İsmayılov isə Xəzər rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.

Bundan başqa, nazirin digər əmri ilə polis polkovnik-leytenantı İkram Əhmədov Göyçay Regional Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin olunub.