“Yelləncək” uşaq bağçasında “8 Mart” belə qeyd olundu-FOTOLAR

 “Yelləncək” uşaq bağçasında 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Ən böyük vəzifə insan olmaqdır”  mövzusunda bədii-musiqili tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan “Yelləncək” uşaq bağçasının müdiri Günay Salmanova qeyd etdi ki, “bu gün balaca fidanlarımız tərəfindən xüsusi zövqlə hazırlanmış 8 Mart Beynəlxalq Beynəlxalq Qadınlar gününə həsr olunmuş bədii-musiqili tədbirimizdə rəqs, şer və rəqslər olacaqdır. Belə tədbirlərin kçeriliməsi uşaqların təlim-tərbiyəsinə, yaradıclıq qabiliyyətinin, istedadlarının artırılmasına böyük təsir edir”.

Sonra bağçanın müəlliməsi Qəhramona İlhamə tədbirin proqramı haqqında geniş məlumat verdi. Q.İlhamə bildirdi ki, “biz müəllimlər uşaqları tədbirə hazırlamaqla böyük mənəvi zövq alırıq. Bütün bunlar da uşaqların istedlarının üzə çıxarılması və inkişafında mühüm tol oynayır”.

Balacalardan Dadaşzadə Məryəmin “Oyuncaq ilə səhnəciyi, rus dilində “Ana” mahnısı, bağça müəllimələrindən Qəhrəmanova İlhamə, Hacıyeva Elnarənin rəhbərliyi altında hazırlanmış Əlizadə Vaqif Azərbaycan dilində, Əfəndiyev Xəlil, Qurbanov Aymar, Əliyev Alpay, Əhmədzadə Cəmilənin rus dilində, Yolçiyev Yusif, Rzayev Fate, Abdullayev Cəsur, Dadaşova Məryəm isə ingilis dilində şerlər dedilər.

Tədbirin maraqlı yerlərindən biri də bir-birindən maraqlı və rəngarəng olan oğlan uşaqlarının “Koybor” rəqsi, Uşaqların “Ana” mahnısı oxumasını xorla ifa etməsi, Qızların rəqsi, “Gözləmə” Səhnəciyi, “Ürəklər ” rəqsi balaca fidanlarımız necə həvəslə və istəklə hazır olmaları tədbir iştirakçıları tərəfindən maraqla dinlənilmısinə səbəb oldu.

“Yelləncək” uşaq bağçası tərəfindən mütəmadi olaraq dövlət günlərinə, milli bayramlara, xüsusilə də uşaqların hərtərəfli inkişafını təmin etmək məqsədilə həsr olunmuş tədbirlər silsilə olaraq həyata keçirilir.