YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

Kanal32.az xəbər verir ki, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.
Eyni zamanda YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov prezidentliyə namizədin səlahiyyətli nümayəndələri təyin edilib.
Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə növbədənkənar prezident seçkilərdə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək.