XXI əsrdə Türk Dünyasında Əməkdaşlıq-Mürtəza Həsənoğlunun TƏHLİLİ

21-ci əsrdə Türk Dünyasında Əməkdaşlıq: Türk Cümhuriyyətlərinin İnteqrasiyasında  Türk Dünyasının Ortaq Gücü Türk Dövlətləri Təşkilatının (TDT)  rolu

Türk Dövlətləri Təşkilatı (TDT),  şübhəsiz ki, bəşər tarixini formalaşdıran və bəşər tarixinə təsir edən ən qədim və əhəmiyyətli millətlərdən biridir. Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliklərini qazanmış türkdilli dövlətlərin inteqrasiyası ən aktual məsələlərdən biri idi.Türklər dünyada bir çox dövlət qurmuş və dünyanın gözü olduğu coğrafiyalarda hökm sürən nadir xalqlardan biridir. Bunun əsas səbəbi bir cəmiyyət olaraq bir köçəri həyat tərzinə sahib olması və xüsusilə tarixinin müəyyən dövrlərində coğrafi məkanını dəyişdirməsindən qaynaqlandığını söyləmək olar. Yeni müstəqil olmuş türkdilli dövlətlər istər iqtisadi, istər siyasi baxımdan qərbə uğurlu inteqrasiya etmiş, xəritədə uzun müddət yeganə türk dövləti olaraq qalan Türkiyədən inteqrasiyada təşəbbüskarlığı gözləyir və onun təcrübəsinə olduqca maraqlı idilər. Tarixi baxımdan istər Anadolu, istər Azərbaycan, istərsədə Orta Asiyada yaşayan türklər arasında tam homogenlik yox idi, ancaq dilləri, dinləri, insanların yaşayış normaları və s. kimi yaxınlıqlar var idi.Türk Dövlətləri Təşkilatı (TDT), əvvəlcə Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) adı ilə 2009-cu ildə hökumətlərarası təşkilat olaraq təsis edilmişdir. Təşkilatın əsas məqsədi Türk dövlətləri arasında hərtərəfli əməkdaşlığı təşviq etməkdir. Təsisçi üzv dövlətlər – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə – olmuş, daha sonra 2019-cu ilin oktyabrında Bakıda keçirilən 7-ci Zirvə görüşündə Özbəkistan tamhüquqlu üzv kimi qoşulmuşdur. Macarıstan 2018-ci ilin sentyabrında Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilmiş 6-cı Zirvə görüşündə müşahidəçi statusu qazanmışdır. 2021-ci ilin noyabrında keçirilən 8-ci Zirvə toplantısında Türkmənistan, 2022-ci ilin noyabrında Şimali Kipr Türk Cümhuriyyəti və 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Təşkilata Müşahidəçi Üzv kimi qoşulmuşdur.

Təşkilatın əsas orqanları Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Ağsaqqallar Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi və Katiblikdən ibarətdir. Təşkilatın fəaliyyəti eyni zamanda əlaqəli və bağlı qurumları – Türk Dilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Universitetlər Birliyi və Türk Ticarət və Sənaye Palatası tərəfindən dəstəklənir.

Yeni minillik türk dövlətlərinin inteqrasiyasında yeni üfiqlər açdı. Türk Dövlətləri Təşkilatı (TDT), arasında mədəni, sosial və siyasi-iqtisadi inteqrasiyanın tam mənası ilə inkişaf edir və güclənir.   Türk Dövlətləri Təşkilatı (TDT) arasındakı yaxınlaşmalarda göz önündədir. Dünyada baş verən hadisələr milli-etnik kökü yaxın olan dövlətlərin bir-biriilə yaxınlaşmasını, hər tərəfli əlaqədə olmasını, yaxşı münasibətlər qurmasını şərtləndirməkdədir. Türk Cümhuriyyətləri arasındakı inteqrasiya prossesini daha da artıran beynəlxalq təşkilatlardan biridə TÜRKSOY-dur.Bu təşkilatın yaradılması ilə bağlı Bakı və İstanbul şəhərlərində bir sıra görüşlər keçirilib, nəhayət, 12 iyul 1993-cü ildə Qazaxıstanın Almatı şəhərində TÜRKSOY-un yaradılması haqqında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirləri tərəfindən protokol imzalandı.

Bu təşkilatın yaradılmasında əsas məqsəd bu təşkilata daxil olan ölkələrin dilləri, xalqları, mədəniyyətləri bir-birinə çox yaxın və bir çoxunun hətta dinləri belə eynidir. Məlumdurki, bəzi türk xalqlarının dinləri müxtəlifdir, ancaq TÜRKSOY dil prinsipi üzərinə qurulmuşdur.

Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Azərbaycan – Türkiyə qardaşlığı və onların birgə fəaliyyəti regional aləmdə çox önəmli amildir. Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir. Ortaq kök, din və dil birliyi, bundan əlavə həmçinin oxşar mədəniyyət, adət və ənənələrin də olması bu amili şərtləndirən əsas cəhətlərdəndir. Hətta tarixə nəzər salsaq, görərik ki, Azərbaycan və Türkiyə özlərinin ən mürəkkəb və çətin dövrlərində hər zaman bir – birlərinə dəstək olmuş və bu dəstəyi daima nümayiş etdirmişlər. Azərbaycan və Türkiyə arasında münasibətlərin möhkəmləndirilməsində hər iki ölkənin həm yüksək vəzifəli şəxslərinin, həm də dövlət xadimlərinin böyük rolu olmuşdur.

Hətta tarixə nəzər salsaq, görərik ki, Azərbaycan və Türkiyə özlərinin ən mürəkkəb və çətin dövrlərində hər zaman bir – birlərinə dəstək olmuş və bu dəstəyi daima nümayiş etdirmişlər. Azərbaycan və Türkiyə arasında münasibətlərin möhkəmləndirilməsində hər iki ölkənin həm yüksək vəzifəli şəxslərinin, həm də dövlət xadimlərinin böyük rolu olmuşdur. Azərbaycan və Türkiyə arasındakı münasibətlərin qarşılıqlı etimad və inam əsasında inkişaf etdirilməsi bugünkü günümüzə qədər “Bir millət, iki dövlət” ifadəsinin əks etdirdiyi reallığı təsdiqləyir. Bu gün Türkiyə-Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələr uğurla inkişaf edir.

2011-ci ildən etibarən, Təşkilat hər il müəyyən mövzu əsasında Zirvə görüşlərini təşkil edir. Bu zirvələrdə üzv dövlətlərin dövlət başçıları keçən dövrü dəyərləndirir və növbəti illər üçün hədəflər müəyyənləşdirirlər. 2025-ci il oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ev sahibliyi ilə Qəbələ şəhərində “Regional Sülh və Təhlükəsizlik” mövzusunda  Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Toplantısı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə Görüşündə iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev Zirvə Görüşündəki çıxışında qeyd edib:Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir. TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək. Azərbaycanın tarixi şəhəri Qəbələdə keçirilən sammit türk dövlətləri arasında dostluq, qardaşlıq və həmrəyliyi möhkəmləndirməklə ortaq baxışı əks etdirdi.

s.e.f.d., dos. Murtəza Həsənoğlu,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,

Siyasi İdarəetmə fakültəsinin dekanı