Qurban bayramı münasibəti ilə Kəlbəcər rayon Daşbulaq kənd sakini Həsənov Mətləb Mehdi oğlu tətəfindən qurbanlıq kəsilib və şəhid ailələrinə paylanılıb.
Kanal32.az-a verilən məlumata görə, bu müqəddəs missiyada YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi Elçin Salahov, YAP Kəlbəcər rayon təşkilatının mühasibi Anar Əhmədov, YAP Kəlbəcər rayon təşkilatının Gender məsələri üzrə səlahiyyətli nümayəndəsi Gültəkin Çəlilova, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Hikimət Bağırov, Millət vəkili Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, YAP fəalları Elnur Əlizadə və digərləri yaxından iştirak ediblər. Onlar qurban paylarını Kəlbəcər rayonundan olan şəhid ailələrinə çatırıblar. tanrı qəbul etsin.
Həm YAP Kəlbəcər rayon təşkilatı, həm də biz redkasiya olaraq bu xeyirxah missiyanı həyata keçirdiyi üçün həmyerlimiz Mətləb Həsənova minnətdarlığımızı bildiririk.