Xamenei də Moskvaya qaçmağa hazırlaşır

İran rəhbəri Əli Xameneinin ölkədə etirazların şiddətlənməsi və təhlükəsizlik qüvvələrinin onları nəzarət altına ala bilməməsi halı üçün ehtiyat plan hazırladığı bildirilir.

KANAL32.az xəbər verir ki, bu barədə “Tayms” (The Times) qəzeti kəşfiyyat hesabatına istinadən yazıb.

Xamenei 20 nəfərə qədər yaxın çevrəsi və ailə üzvləri ilə birlikdə Moskvaya təxliyə olunma variantını nəzərdən keçirir. Mənbəyə görə, şərti olaraq “B planı” adlanan variant Xameneinin oğlu və ehtimal olunan varisi Müctəba Xameneinin də ölkədən çıxarılmasını əhatə edir.

“Tehrandan çıxış marşrutları əvvəlcədən planlaşdırılıb, təhlükəsiz gediş üçün xaricdə daşınmaz əmlak və nağd vəsait kimi aktivlər hazır vəziyyətə gətirilib”, – hesabatda qeyd olunub.

Qeyd edək ki, İranın müttəfiqi olan Bəşər Əsəd Moskvaya sığınıb və hazırda burada yaşayır.

/axar.az/