Xətai rayonunda törədilən xəta-Sakinlər isə…-VİDEO

Bakı şəhərinin Xətai rayonu ərazisində rayon rəsmilərinin xeyir-duası ilə növbəti dəfə özbaşınalığa yol verilib.

Bakı sakinlərinin “Kanal32”yə göndərdiyi məlumata görə Xətai metrosunun çıxışına ticarət köşkü qoyulmağa cəhd edilib. Əhalinin sıx hərəkətdə olduğu bu məkanda əvvəllərdə bu cür hal baş verib. Son bir neçə ayda sözügedən əraziyə 3 dəfə ticarət köşkünün qoyulmasına cəhd edilib. Ancaq sakinlərin narazılığından sonra, götürülüb.

Nədənsə metro çıxışına köşkün qoyulmasına gecə saatlarında cəhd edilir. Metro stansiyası çıxışında qoyulan ticarət köşklərini əhalinin hərəkətinə məhdudiyyət yaratmaqla yanaşı, həmdə təhlükə mənbəyi hesab etmək olar. Əsas konstitusiyaları yanar materiallardan olan köçkün təhlükəsi daha da artırır.

Xatırladaq ki, bir müddət öncə sözü əraziyə qoyulan başqa bir köşkdə də yanğın baş vermişdi. Yəqin rayon rəhbərliyi və cavabdeh qurumlar həmin hadisəni unudublar.

Bəs görəsən, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Çəpərxan kişinin oğlu Rafiq Quluyevin bu addımlardan xəbəri varmı? Sakinlərin dediyinə görə çox ayıq-sayıq adamdır.Çətin ki, onun bu işlərdən xəbəri olmaya. Bəlkə də heç xəbəri yoxdur.Çünki gecə qara,cücə qara…