Süni intellekt “ChatGPT” XVI əsrdə yaşayan məhşur astroloq Mişel Nostradamusun keçmişdə verdiyi məlumatları təhlil edərək, gələcəklə bağlı öz təxminlərini hazırlayıb.
Britaniyanın “Daily Star” nəşri xəbər verir ki, süni intellekt gələcəklə bağlı 7 məlumat təqdim edib.
2031- Xərçəngin müalicəsi tapılacaq
Süni intellekt tezliklə xərçəngin müalicəsinin tapılacağını bildirir. Süni intellektə görə, “2031-ci ildə tibb sahəsində inqilab baş verəcək və xərçəngin müalicəsi tapılacaq”.
Lakin süni intellekt bu müalicənin ilk növbədə varlılar üçün əlçatan olacağını qeyd edib.
2050 – İqlim fəlakəti yaşanacaq
Süni inttellektə görə, 2050-ci ildə dünyada iqlim fəlakəti baş verəcək və bunun insan həyatına mənfi təsirləri olacaq. Qlobal iqlim dəyişikliyinin təsirlərinin bütün dünyada hiss olunacağı bildirilib.
2060 – Süni intellekt inqilabı baş verəcək
2060-cı ildə süni intellektin yaxşı inkişaf edəcəyi proqnozlaşdırılır. Süni intellektin məlumatına görə, robotlar və maşınlar daha da inkişaf edəcək və bütün dünyada sənaye sahələri yenidən formalaşacaq. Bir çox insanın iş yerlərini itirəcəyi vurğulanır.
2074 – Marsa səyahət
Süni intellekt iddia edirdi ki, Marsa getmək və onu koloniyalaşdırmaq 21-ci əsrin sonuna təsadüf edə bilər. 2074-cü ildə Marsın yeni hədəfə çevriləcəyini və bu dövrdə müstəmləkəçiliyin başlayacağını bildirən süni intellekt, insanların Marsda bir sıra çətinliklərlə qarşılaşacağını amma bu problemləri həll edəcəyini bildirib.
2084 – “Sayborqlar” real olacaq
Süni intellekt 2084-cü ildə insan və robotların qarışığı olan “Sayborq”ların fantastik filmlərdən çıxacağını və həyatın bir parçasına çevriləcəyini iddia edib.
2085 – Yeni epidemiya yayılacaq
Süni intellekt 65 il sonra yeni bir epidemiyanın baş verə biləcəyini iddia edib. Süni intellekt hələlik bu xəstəliyin nə olduğunun bilinmədiyini qeyd edib.
2099 – Yer kürəsinə sülh gələcək
Süni intellekt 21-ci əsrin sonunda Yer kürəsinə sülhün gələcəyini açıqlayıb. Süni intellektə görə, müharibələr bitəcək, sərhədlər qaldırılacaq və Yer kürəsində yeni bir həyat başlayacaq.
/AzPolitika.info/