İkinci Qarabağ Müharibəsindən sonra milli-mənəvi dəyərlərin və ailə institutlarının dağıdılması istiqamətində sistemli proses başlayıb. Ailə dəyərlərinə qarşı həyata keçirilən total hücumlar o həddə çatıb ki, proses qarşısıalınmaz hal alıb. Acınacaqlısı odur ki, bu hücumlara qarşı mübarizə aparan heç bir plan, konsepsiya və strategiya da hazırlanmayıb. Narkotik maddələrin dövriyyəsi, işsizlik, rüşvət və korrupsiyanın cəmiyyətdə yaratdığı sosial fəlakətlər, ucuz həyat tərzinin və asan yolla varlanmağın təbliği prosesi ailə dəyərlərinin fundamental bazalarını məhv etməkdədir. Bəs indi hansı qərar qəbul ediblər?
Uşaq qanunlardan da öncə valideynlərindən, müəllimlərindən qorxmalıdır. Bunu aradan qaldırmaq itaətsizlik yaratmaq, onları yalnız qanunlardan (vahid sədd) asılı hala salmaqdır.
Belə ki, Milli Məclisin dünənki iclasında yeni maddə müzakirə çıxarılıb. Bu maddəyə əsasən tərbiyə məqsədilə uşağa fiziki və psixoloji cəza tətbiq edən valideynlər və müəllimlər 200 manat cərimələnəcək. Qanun layihəsi səsverməyə çıxarılıb və qəbul edilib.
Bu qərar ilk baxışdan belə təsəvvür yaradır ki, guya əsas məqsəd uşaqların toxunulmazlığnı təmin etmək, ailə və məktəblərdə qorxuya əsaslanan “tərbiyə” üsulundan uzaqlaşmaqdır.
Birincisi və əslində bu qərar böyüksüzlüyü, valideynlərə və müəllimlərə itaətsizliyi təviq etmək məqsədilə qəbul edilib. Bu barədə uzun-uzadı şərhə də ehtiyac yoxdur.
İkincisi, hökumət və deputatlar uşaqların qayğısına qalmaq istəyirlərsə, ilk olaraq onlara uşaq pulu verilməsini təmin etsinlər. Hazırda günlərlə, aylarla ət yeməyən körpələr var. Müəllimini güllələyən və sərbəst qalan bir şagirdin yaşadığı cəmiyyətdə belə bir qanunun qəbul edilməsi xalqa təhqirdir.
Əgər əsas məqsəd neft-qaz sektorundan sonra ölkədə cərimə sektorunun formalaşmasına töhfə verməkdirsə, bunu da millətin əxlaqı üzərində həyata keçirmək rüsvayçılıqdır.
Tutaq ki, narkotik maddədən yeni stifadə etməyə başlayan övladının qolundan tutub azca sıxmalı olsan – bu olacaq fiziki təzyiq, yaxud bir balaca üstünə qışqırmalı olsan – bu da olacaq psixoloji təzyiq! Uşaq da şikayət etsə, cərimə ödəməli olacaqsan.
Bir sözlə, hər kəs evində “suka” böyütməyə məcbur olacaq.
Diqqət ediriksə, xristian dəyərləri ilə yaşayan qonşu ölkələrdə uşaqlarla bağlı sərt qanunlar qəbul edilir – geylik, narkotik, sosial şəbəkələrdən istifadə və s. halları ilə bağlı olduqca şəffaf, sərt və işlək mexanizmləri olan qanunlar qəbul edilib. Müsbət nəticələri də göz önündədir. Avropa xalqlarının 70-80 il öncə keçdiyi yolu indi “mütərəqqi nümunə” kimi cəmiyyətə təqdim etmək rəzalətdir.
Orta məktəbdə oxuyanda mən də müəllimlərim, xüsusilə, Allahverdi müəllim və Kamal müəllim tərəfindən dəfələrlə döyülmüşəm. Və hesab edirəm ki, nə yaxşı ki, belə olub. Allahverdi müəllimin bircə baxışı və yaxud silləsi bəs edərdi ki, öz kimliyimizə qayıdaq. Dəqiq əminəm ki, əgər o olmasaydı, hər cür zibilin içində olardıq. O, olmasaydı, ölkəmizə, vətənimizə xidmət etməyin də nə demək olduğunu anlaya bilməzdik. Mən bir ömür boyu məni döyən müəllimlərimə borcluyam, nə yaxşı ki, onların sillələrindən qorxub oxumuşuq, narkotikə qurşanmamışıq, uşaq vaxtından işləmişik. Müəllimlərimizdən valideynlərimizə də şikayət edə bilməmişik.
Müəllimindən və atasından sillə görməyən heç bir oğlan uşağı heç vaxt səngərdə kişi kimi dura bilməyəcək. Bu, birmənalı belədir.
Müəllimləri, valideynləri bu qədər incik, qanadsız, ruhsuz duruma salmaq olmaz, Allahsız və böyüksüz cəmiyyət yetişdirməyimizin ağır fəsadlarını tezliklə yaşayacağıq.
Müəllif:Samir Feyruzov