Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ordu Universiteti və ADPU-nun birgə təşkilatçılığı ilə “Sosial Tədqiqatların və Fənlərarası Öyrənmənin İnteqrasiyası” III Beynəlxalq Konqresi öz işinə başlayıb.
Konqres zamanı “UID Azərbaycan”tərəfindən “Sosial Medianın Karyera Üzərindəki Təsirləri” adlı panel müzakirəsi təşkil olunub.

Paneldə “UID Azərbaycan”ın rəhbəri Cengiz Aygör, Biznes Eksperti Sakit Səmədov, Marketinq və İdarəetmə üzrə ekspert Saday Alverdiyev müzakirəçi qismində çıxış ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. Bir neçə tələbə sosial media üzərindən qazandıqları uğurlardan danışıblar.



Samir Mustafa