NAT- Neyro Assosiativ Transformasiya nədir?- desəniz, çox güclü, mükəmməl sistemləşdirilmiş şüuraltı dəyişim metodikasıdır.
NAT-ın sonsuz sayda sınaqdan keçib tərtib edilmiş texnikalar bazası var ki, bu texnikalarla sürətli, effektiv,qalıcı nəticələr əldə edə bilərsiz. Necə ki, mən əldə etdim. NAT mənim həyatımı dəyişən metodika oldu.Həyatımın müsbət yöndə mənə mümkünsüz göründüyü halda dəyişiminə səbəb oldu.Bir pedaqoq kimi bu metodikanın insanlığa verə biləcəyi faydaları nəzərə alıb peşə olaraq NAT la davam etməyi seçdim. Həyat deyərkən biz sadə bir məhfum olaraq görürük ya da fəlsəfi izah etməyə çalışırıq.Həyatımız isə Yaradanın bizə təqdim etdiyi yaşamımızın müxtəlif sahələrini əhatə edən bir matriksdir. Bəli həyat matriksdir. Bu müxtəlif sahələr birlikdə həyatınızı nizamlayır.Onların eyni zamanlı inkişafı həyatın irəliləyişi, sizin xoşbəxtliyinizdir.
Fərdi ruhi inkişaf, karyera/iş, maliyyə, ailə və dostlar, Romantika/əlaqələr, Sağlamlıq/özünə baxımlılıq, Sosial/əyləncə, fiziki mühit. Bu sahələrin həyatınızın sahələri olaraq birlikdə düşünüdünüzmü? Bu sahələr arrasında nizam varmı? Hər sahədə uğura, inkişafa nail olmusunuzmu? Siz bu dünyaya gələrkən bu sahələrin hər birində uğur qazanacaq, eyni zamanda hər birində məmnuniyyətə çatacaq potensiallar və resurslarla doğulmusuz. Həyatınızı fərqində olmadan sizə çevrədən verilmiş proqramlarla yaşadığınız üçün nə bu potensialların fərqində olursuz nə onları kəşf edə bilirsiz, nə də özünüzə faydalı edən istifadə bacarıqlarınız olur. Bu zaman əsəb, stres, gərginlik, bədbinlik, ruh düşkünlüyü, həvəssizlik, əzab ən sonda xəstəlikləri yaradırsız.Həyatı mübarizə, dünyanı zindan hesab edirsiz.Beləcə ömrünüz boyu mübarizə aparmağa məhkum olursuz. Zindanda olan insan hər zaman ordan qaçmağı, xilas olmağı düşünər. Beləcə beyin sizi sürətlə qocaldır, xəstə edir ki, dünya zindanından qurtulasız. Çünki beyin ona verdiyiniz baza əsasında düşünür, sizi yaşadır. Bu baza şüuraltınızdır.
Həyat – mübarizə, dünya – zindan assosasiyaları kimi sonsuz sayda neqativ assossasiyalarla zəngindir şüuraltınız. O assossasiyaları dəyişib pozitiv, sizi xoşbəxt edən, sizi inkişaf etdirən assossasiyalar yaratmaq NAT texnikalarıyla dəqiqələr içərində aparılır.Həyatınızın hər sahəsinə aid bu neqativ assosasiyalar bəzən bir bəzən hər sahədə uğursuzluqlara səbəb olur.Siz də : “Bir yandan açan Allah bir yandan bağlayar”- deyirsz. Elə deyil. Tanrı sizi hır sahıdı xoşbəxt və güclü yaradıb. Sadəcə o sahələrə ağrılar, neqativ inanclar,qorxular bağlayıb neqativ assosasiyalar yaratmısız.Bu səbəbdən həmin sahə və sahələrdə xoşbəxt ola, inkişaf edə bilmirsiz. NAT məhz sizin hər sahədə xoşbəxtliyinizə xidmət edən metodikadır.Siz çox güclü potensiallara sahibsiz.NAT sizə bu potensialları fərq etməyə, onları istifadə etmə bacarıqlarınızı yaratmağa, onları istifadə edərək uğur qazanma strategiyalarınızı yaratmanıza vasitə olan metodikadır.
Dəyərli oxucularım, siz həyatınızın hər sahəsində xoşbəxt ola bilərsiz. Buna mane olan daxili maneələri, şüuraltı neqativ assosasiyaları aradan qaldırsaz.NAT -la tanışlıq həyatınızı gözəlləşdirmənizin açarıdır.NAT- la tanışlıq həyatınızda düyünlərin çözülməsidir. NAT- la tanışlıq gücünüzü əlinizə alıb indiki sənə belə meydan oxumaqdır. NAT- la tanışlıq özünü kəşf etməkdir.NAT- la tanışlıq yeni uğurlu, strategiyalar və bacarıqlar deməkdir. Özünü kəşf et! Çünki sən fövqaladə varlıqsan.Çünki sən arzu etdiyidən də gözəl yaşaya bilərsən.
Qərənfil Ağalarova,
Şüuraltı dəyişim ustası, NAT master, pedaqoq, yaşam kouçu