Türkiyə 5-ci nəsil döyüş təyyarəsinə sahib olur-FOTO

Türkiyə 5-ci nəsil döyüş təyyarəsinə sahib olan sayılı ölkələrdən biri olacaq. 

Kanal32.az TSK-a istinadən xəbər verir ki, Türkiyə milli istehsalı olan “Milli Muharib” adlı döyüş təyyarəsinin istehsalına hazırlaşır.

Təyyarə ilk dəfə 2023-cü ildə cumhuriyyətin qurulmasının 100-cü il dönümü münasibəti ilə ictimaiyyətə təqdim ediləcək.

Məsələ ilə bağlı açıqlama verən TUSAŞ şirkətinin müdir müavini professor Fəxrəddin Öztürk bildirib ki, “Təyyarə üçün hədəfimiz 2023-cü ilədək onun mühərrikini hazırlayıb ərsəyə gətirməkdir.Daha sonra 2025-ci və ya 2026-cı ildə, təyyarəmiz ilk uçuşunu həyata keçirəcək.

Təyyarənin 2028-29 -cu il aralığında Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilməsi ehtimal olunur deyə o bildirib.”

“Təyyarənin ilkin versiyasında F 16 təyyarələrinin mühərrikindən istifadə edəcəyik” deyə o əlavə edib.

İstehsal olunacaq təyyarənin ilk görüntüsü təqdim edilib.

/galanyus/