TƏBİB çoxsaylı işçi axtarır-VAKANSİYALAR

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan Salyan Rayon Mərkəzi Xəstəxanasına aşağıda qeyd olunan vəzifələr üzrə vakant yerlər elan edir:

  • Həkim-onkoloq
  • Həkim-uroloq
  • Həkim-allerqoloq
  • Həkim-psixiatr
  • Həkim-narkoloq
  • Həkim-revmatoloq
  • Həkim-dietoloq
  • Həkim-ümumi cərrah
  • Həkim-otorinolarinqoloq
  • Həkim-anestezioloq-reanimatoloq
  • Həkim-neonatoloq
  • Həkim-qastroenteroloq
  • Həkim-infeksionist
  • Həkim-fizioterapevt
  • Həkim-ftiziatr
  • Ailə həkimi-mama-ginekoloq

İş yeri: 

Salyan rayonu

Əmək haqqı:

Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Ali tibb təhsili
  • Sertifikasiya şəhadətnaməsi (ixtisas üzrə)

Tələb olunan sənədlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
  • Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
  • Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla).

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
  • Mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adı və iş yeri qeyd olunmalıdır;
  • CV-lər 30.09.2024-cü il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.