Sürix Universitetinin azərbaycanlı tələbəsi bu dəfə ADU-dan danışdı

“Azərbaycan Dillər Universitetini seçməklə gələcəyimi də seçdim”
Kanal32.az Azərbaycan Dillər Universitetinin məzunu,İsveçrənin Sürix Universitetinə qəbul olan Vüsal Hümbətzadənin növbəti müsahibəsini təqdim edir:

– Əvvəlcə özünüz haqqında məlumat verin.

-Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər ixtisasına 2020-ci ildə qəbul olundum. 2024-cü ildə həmin ixtisas üzrə məzunu olmuşam.
 -Azərbaycan Dillər Universitetini nə üçün seçdiyinizi, Azərbaycan Dillər Universiteti sizə nələr qazandırdı və “niyə gənclərimiz Azərbaycan Dillər Universitetini seçməlidir?”
– 2020-ci il idi və gələcəyimin universitetini seçməli idim. Tək universitet deyil, gələcəyimi seçirdim. O günlərdə çox həyəcanlı, çox təlaşlı idim. Amma hədəfimi, məqsədimi, gələcəyimi görürdüm. Və buna görə də gələcəyin universitetini seçdim. Yəni Azərbaycan Dillər Universitetini seçdim. Bu universitet haqqında çox eşitmişdim.
Nəticədə 2020-ci ildə Azərbaycan Dillər Universitetini seçməklə gələcəyimi də müəyyən etdim. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər ixtisasını seçdim. Artıq universiteti bitirirdim. Bildiyiniz kimi hazırda dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından birinə-Avropa reytinqində beşinci sırada qərarlaşan ETH Sürix Universitetində təhsilimi davam etdirəcəm.
– Azərbaycan Dillər Universiteti sizə nə qazandırdı?
-Azərbaycan Dillər Universiteti mənə bir şəxsiyyət necə yetişdirilir onu öyrətdi. “Gələcəyini necə qurmalısan?” – onu öyrətdi, tələbənin dəyərli bir olduğunu öyrətdi. Qısası, mənə gələcək yolumu öyrətdi. Bu sözləri, cümlələri yazdıqda o qədər qürurlanıram ki, nə yaxşı, Azərbaycan Dillər Universitetini seçmişəm.
-Azərbaycan mətbəxi ilə aranız necədir? Tələbələr olduğunuz illərdə milli yeməklərimizdən dadmısınızmı?
– Təbii ki, mən Azərbaycan mətbəxindən də dadmışam və bizim mətbəximizi, təamalarımızı çox bəyənirəm. Ən sevdiyim yemək lüləkababdır və digər kabablarımızdan dəfələrlə dadmışam. Çox xoşuma gəlir. Dolmamızda da dadıdır. Türklərin lahmacunu da mənim xüsusi ilə xoşuma gəlir.
– Bəs milli musiqimizi necə dinləyirsinizmi? Klassiklərimizdən kimləri tanıyırsınız?
.Təəssüf ki, kiminsə adını çəkə bilməyəcəm. Amma normalda Azərbaycan musiqisinə bəzən qulaq asıram.
– Gələcəyin tələbələri niyə Azərbaycan Dillər Universiteti seçilməlidir?
-Azəbaycan Dillər Universiteti sizə elm, müəllim-tələbə münasibəti öyrədərək, öyrənmək nədiri öyrədəcək. “Bir şəxsiyyət necə yetişdirilir? – onu öyrədəcək. Qısası, Azərbaycan Dillər Universiteti sizə həyatı öyrədəcək. Çünki Azərbaycan Dillər Universiteti dünənin, bu günün və gələcəyin universitetidir.
-Müsahibə üçün təşəkkür edirəm! 
-Sizə də təşəkkür!
Müsahibəni aldı: Aparıcı Səidə Şəfiyeva