Suraxanıda “Narkomaniyaya YOX deyək” mövzusunda növbəti tədbir-FOTO

 Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə “Biz Narkotiksiz Həyatı Seçirik!” adlı tədbir keçirilib.

Kanal32.az-ın məlumatına görə, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva, SRİH-nin Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Elmar Hüseynov, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, “Suraxanı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Natavan Rüstəmova, Psixiatr-narkoloq, yazıçı Asif Kəngərli, “Böyük Qayıdış” MMC-nin təsisçisi Emin Əliyev, “Narkotizmlə Mübarizə” İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə, Olimpiya və Paralimpiya  klubun rəhbəri, əməkdar məşqçi Emil Şaxtaxtinskiy və Suraxanı rayon məktəbli gənclər iştirak etmişdir.

Giriş sözü ilə tədbiri açan SRİH-nin şöbə müdiri Sevinc Ağayeva narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri, narkomaniya ilə mübarizənin effektiv üsulları və digər məsələlər haqqında ətraflı fikirlərini bildirib. Sonra “Suraxanı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Natavan Rüstəmova qonaqları salamlayaraq, tədbirin mahiyyətindən söhbət açıb. Müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, bu problemə daim ictimai nəzarətin zəruriliyindən bəhs edib.

Diskusiya şəklində təşkil olunmuş tədbirdə, Ekspertlərimiz öz fikirlərini söyləyərək gənclərin suallarını cavablandırmışdılar. Vaxtı ilə bu ağır bəladan əziyyət çəkib xilas olan Suraxanı Rayon gənci öz həyat hekayəsini gənclərə çatdırmış, zərərli və ziyanlı vərdişlərdən uzaq durmaqa çağırmışdır. Evimizin “İdman Klubu”-nun rəhbəri həmin gənci Sağlam Həyat tərzinə cəlb etmiş, və həmin gəncin idmana atdığı addımlardan bəhs etmişdir.

Daha sonra ssenari müəllifi Asif Kəngərli olan “Bəla” filmi nümayiş olunmuş və “Bəla” adlı kitab, Asif Kəngərli tərəfindən, gələn qonaqlara təqdim olunmuşdur.

 

kanal4.az