Sumqayıtda-“Ceyran” şadlıq evində şəhidlik zirvəsinə ucalmış, Suqovuşanın ik şəhidi, XTQ-nın kəşfiyyatçı-snayperi Elçin Hüseynovun 30 illik yubileyi qeyd olundu.
Şəhid ailələri, qazilər, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbin rəhbəri, kollektivi,Sumqayıt Dövlət Texniki Kollecinin kollektivi, ictimayyət nümayəndələri, jurnalistlər əvvəlcə şəhidin məzarını ziyarət ediblər. Məzarın üstünə gül-çiçək dəstələri qoyublar. 9 nömrəli tam orta məktəbin şagirdləri şeir söyləyiblər.Sonra Nərimanov məədniyyət evində tədbir davam etdirilib. Orda şəhidin həyat yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Müğənnilər vətənpərvər mahnılar ifa ediblər.”Şəhid Ailələrinə Dəstək” İB-nin sədri Ceyran Axundova şəhid haqqında ürək sözlərini deyib və şəhiidn anası Mətanət Hüseynovaya gül dəstəsi və oğlu Elçin Hüseynovun rəssam tərəfindən çəkilmiş portretini təqdim edib.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az
Daha sonra “Ceyran” şadlıq evində tədbir davam etdirilib.
Tədbirdə şəhid Abdulla Əhmədovun atası Hacı Əhməd Əhmədov şəhidlərə həsr etdiyi bir neçə şeiri səsləndirib.Elçin Zamin oğlu Hüseynov 1992-ci il sentyabrın 9-da Bakı şəhərində anadan olub. Orta təhsilinə 1999-cu ildə Sumqayıt şəhəri 9 saylı tam orta məktəbində başlayıb. 2012-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinin gömrük işi fakultəsini bitirib. Evin ilk oğlu idi. Subay idi.2012-ci ildə hərbi xidmətə yollanan Elçin 2014-cü ildə xidmətini başa vurub. Elə həmin ilin avqustunda Azərbaycan Silahlı Qüvvələrinin Bakı korpusunun,müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq snayper kəşfiyyat vəzifəsində xidmətə başlayıb. Elçin 2016-cı ilin Aprel döyüşləri zamanı könüllü olaraq ön cəbhəyə yollanması barədə komnadanlığa müraciət edib. Komandanlıq onun müraciətini nəzərə alaraq onu “N” saylı hərbi hissəyə köçürür. Elçin Hüseynov 2020-ci il sentyabrın Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan döyüşlərində döyüşərək,yaralanır. Yaralansada döyüşə davam etmiş,”Mübariz” postundan digər posta adlayarkən qəhrəmancasına şəhid olmuşdur.17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda” medalı,”Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.