Süpürgəçi xanımın ifası eşidənləri kövrəltdi-VİDEO

İfası ilə hamını kövrəldən süpürgəçi Kafiyə Cəfərova yanğılı səsinin sirri haqqında danışıb.

Kanal32.az “Baku TV”ə istinadla xəbər verir ki, Kafiyə xanım səsindəki yanğının, mahnıları ürəkdən oxumasının yaşadığı ağrı-acılardan olduğunu deyib. Əlinin qabarı ilə beş uşaq böyüdən qadının həyat yoldaşı 20 Yanvar faciəsi zamanı itkin düşüb.

Altı ildir süpürgəçilik edərək çörək pulu qazanmağa çalışan Kafiyə xanım deyir ki, zəhmətkeş insan ac qalmır. O, üç oğlu olmasına baxmayaraq, işləməyə davam edəcəyini söyləyir.
K. Cəfərova bəy nəvəsi, həkim qızı olmasına baxmayaraq, imkanı olduğu halda zamanında təhsil almadığını deyib və bunun öz günahı olduğunu bildirib.

Daha ətraflı reportajda:

Kanal32