Süni intellekt yaradıcılığı stimullaşdırır, yoxsa zəiflədir?

Süni intellekt təhsil, elm, incəsənət, media və hətta gündəlik həyatımızda həyata keçirdiyimiz fəaliyyətlər kimi müxtəlif sahələrdə getdikcə daha çox yer almağa başlayıb. Süni intellektin insan yaradıcılığına təsiri ilə bağlı fikirlər isə fərqlidir. Bəzi insanlar süni intellektin düşünmə və yaratmaq qabiliyyətinə mənfi təsir etdiyini düşünür. Digərləri isə onun yaradıcılığı artırdığı üçün müsbət təsir göstərdiyini düşünür.

İnsanlar süni intellektdən düzgün istifadə etdikdə, həqiqətən də yaradıcılıqlarını inkişaf etdirə bilərlər. Məsələn, süni intellekt yazıçıya mövzu tapmaqda kömək edə, rəssamlara müxtəlif kompozisiyalar yaratmaq üçün yeni ideyalar verə bilər. Musiqi ilə məşğul olan insanlar isə süni intellektdən istifadə edərək yeni səslər və musiqi janrları haqqında ideyalar əldə edə bilərlər.

Lakin burada əsas məsələ süni intellektin insanın yerinə düşünməsi deyil, ona yeni imkanlar yaratmasıdır. Süni intellekt yaradıcılığın özü yox, yaradıcılıq prosesində istifadə olunan bir vasitə olmalıdır. İnsan öz düşüncəsini və təxəyyülünü qoruduğu müddətdə süni intellekt yaradıcılığı məhdudlaşdırmaq əvəzinə onu daha da inkişaf etdirə bilər.

Bu texnologiyanın mənfi tərəfləri də var. Əgər insan hər hansı tapşırıqda daim süni intellektə müraciət edirsə, zamanla müstəqil düşünə bilmək və öz ideyalarını formalaşdırmaq qabiliyyəti zəifləyə bilər. Xüsusilə tapşırıqlar hazır cavablardan həddindən artıq istifadə etdikdə, araşdırmaq və problemi özləri həll etmək imkanlarını itirə bilərlər. Buna görə də süni intellektdən istifadə edərkən onun verdiyi məlumatı olduğu kimi qəbul etmək əvəzinə, insan öz düşüncəsini də prosesə daxil etməlidir.

Əslində, yaradıcılığı artıran və ya azaldan əsas amil süni intellektin öz deyil, ondan necə istifadə edilməsidir. Əgər insan öz ideyasını yaratmaq üçün süni intellektdən ilham mənbəyi kimi istifadə edərsə, bu texnologiya yaradıcılığın inkişafına kömək edə bilər. Əksinə, bütün işi ona həval etmək insann yaradıcı düşüncəsini məhdudladıra bilər.
Nəticə olaraq, süni intellekt insan yaradıcılığının rəqibi deyil, düzgün istifadə edildikdə onun güclü köməkçisi ola bilər. Əsas məsələ texnologiyanın insan düşüncəsini əvəz etməsinə yox, onu dəstəkləməsinə imkan verməkdir. Gələcəkdə ən yaradıcı nəticələr, böyük ehtimal, insan təxəyyüllə süni intellekt imkanlarının birlikdə istifadəsindən yaranacaq.

Zərifə Paşazadə,
Müvəkkil Hüquq Mərkəzinin Könüllülər Departamentinin üzvü