“Eko-TES” İB su çatışmazlığının törətdiyi fəsadların tvdə müzakirəsini təşkil edib-VİDEO+FOTO

Eko-TES” Ekolji Tədqiqatlar və Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Su israfçılığı ilə mübarizə” layihəsini uğurla davam etdirir.

Kanal32.az  xəbər verir ki,İnqilab Şirinlinin təqdimatında EL və Kanal S televiziyalarında yayımlanan “Zamanında” verilişində “Su çatışmazlığı,onun törətdiyi fəsadlar və qarşısının alınması yolları” mövzusunda növbəti dəfə müzakirə aparılıb. Layihə çərçivəsində ərsəyə gələn 2-ci verilişdə ekspert qismində Azərbaycan Texnologiya Universitetinin dosenti,Ekologiya üzrə fəlsəfə doktoru İrşad Abbasov və “Eko-TES” Ekolji Tədqiqatlar və Maarifləndirmə İctimai Birliyinin sədri Çingiz Nəzərov çıxış edib.

Veriliş zamanı mövzuya uyğun olaraq bir sıra önəmli məqamlar ətrafında müzakirələr aparılıb. Ekspertlər bildiriblər ki, son bır neçə ildə ölkədə su çatışmazlığı çox ciddi şəkildə özünü göstərməkdədir. Qeyd edilib ki, Azərbaycanın su resursu 32 milyard kubmetrdir. Bunun 70 faizi qonşu ölkələrdən gələn (əsasən Kür və Araz çaylarının) suyun hesabına, 30 faizi isə ölkə daxilində formalaşır. Kür, Araz və Azərbaycanın daxili çayları öz mənbəyini dağlara yağan yağışlardan, əriyən qar və buzlaqların sularından və yeraltı sulardan alır.

O da vurğulanıb ki, Beynəlxalq Təbii Resurslar İnstitutun təqdim etdiyi hesabatda quraqlıq təhlükəsi ilə qarşılaşacaq ölkələr arasında Azərbaycanın da adı var. Azərbaycan 33 ölkədən ibarət siyahıda 18-ci yerdədir. Ölkəmizin siyahıda təxmini olaraq ortada yer alması o demək deyil ki, az sululuq dövründə biz də qonşu ölkələr kimi eyni problemləri yaşayacağıq. Problem burasındadır ki, ölkədə təlabatdan 7-8 dəfə çox su resursu olduğu halda, içməli suya və suvarma suyuna olan ehtiyac ödənilmir. Məhz tərtib olunan siyahıda Azərbaycanın 18-ci yer alması ona görə təhlükəlidir ki, ölkədə su itkisi ifrat dərəcədə yüksəkdir.

Təəssüflər olsun ki, Azərbaycanda mövcud su resurslarından səmərəli istifadə edilmir. Ölkədə yağış sularının yığılması təşkil olunmur.

Kanal32.az 2-ci verilişin tam versiyasını təqdim edir:

 

Bu televiziya verilişi “Eko-TES” Ekolji Tədqiqatlar və Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Su israfçılığı ilə mübarizə” layihəsi çərçivəsində hazırlanıb və verilişdə əks olunan fikir və mülahizələr müəllifə aiddir.

Kanal32.az