Soydaşımız Tıva Parlamentinin 100 illiyi münasibətilə medalla təltif edilib

Rusiya Federasiyasının Tıva Respublikasının paytaxtının yerli qanunvericilik məclisinin – Ali Xuralın (Parlament) deputatı, tanınmış ictimai xadim Çingiz Əliyev medalla təltif edilib. Çingiz Əliyevə bu medal Tıva Respublikasının Parlamentinin 100 illiyi münasibətilə verilib. Azerforum.com xəbər verir ki, soydaşımız öz sevincini “Facebook” səhifəsində bölüşüb: “Bu gün Tuva Respublikasının Ali Xuralın (Parlamenti) 100 illiyi medalını almaq şərəfinə nail oldum. Bu, mənim üçün xüsusi mükafatdır. Hamıya təşəkkür edirəm!”.

Xatırladaq ki, Çingiz Əliyev Tıva Karate Federasiyasının rəhbəri, yığma komandanın baş məşqçisi, Azərbaycan diasporunun tanınmış üzvlərindən biridir.