Sankt-Peterburqda M.Ə. Rəsulzadənin 140 illiyi qeyd olunub.
Kanal32.az xibir verır kı: Rusiyanın Sankt-Peterburq şəhərində M.Ə.Rəsulzadənin 140 illiyi ilə bağlı konfrans kecirilib. Rəsmi və bədii hissədən ibarət tədbir Azərbaycan Respublikası Prezidentinin Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd edilməsi ilə bagli sərəncamina muvafiq olaraq təşkil olunub.
“Moskva” otelinin konfrans zalında təşkil olunan tədbir Rusiyada fəaliyyət göstərən “Cinar ” Milli-Mədəni Mərkəzinin sədr muavini Ulviyyə Abbasovanın təşəbbüsü ilə və Rusiya- Azərbaycan Mədəni və Humanitar Əməkdaşlıq Mərkəzinin sədri Eldar Əlizadənin birgə səyi nəticəsində baş tutub.
Azərbaycan dövlət himni ilə başlayan tədbirə Rusiyada yaşayan soydaşlarımız, elm xadimləri, rusiyalı araşdırmacı alimlər, müxtəlif xalqların diaspor nümayəndələri qatılib.
Tədbirin xüsusi qonağı isə Turkiyədə yaşayan soydaşımız tarix elmləri namizədi, Cumhuriyyət dönəmini arasdıran və o dovrün dəyərli arxıv materiallarının kolleksiyasina sahib Dilqəm Əhməd olub.
“Cinar” Milli Mədəni Mərkəzinin sədri, Sankt-Peterburq Dövlət Universitetinin müəllimi Xeyransa Mirzəyeva qonaqlari salamlayaraq, Azərbaycan dövlətciliyi və ictimai fikir tarixində xususi yer tutan M. Ə. Rəsulzadə haqqinda danişıb.
Təşkilatcı, filoloq Ulviyyə Abbasova M.Ə. Rəsulzadə ilə baglı tədbirin təşkil olunmasını ən boyük arzusu olduğunu, Rəsulzadə irsini vətəndən kənarda yaşayan gənclərimizə aşılamagın vacibliyindən danışıb.
“Musa Əfəndi və Azərbaycan Demokratik Cümhuriyyətinin qurucuları” mövsuzunda cıxış edən alim Almira Tahircanova babası, dövrünün parlaq ictimai xadimi, M.Ə. Rəsulzadənin Rusiyadan Finlandiyaya kecməsində şəxsən yardımcı olmuş Musa Əfəndinin (Musa Biqeyev) fəaliyyəti, Rəsulzadə ilə görüşləri haqqinda maraqlı məruzə edib, tarixi fotolar, arxiv materiallarini numayiş etdirib.
Tədbirdə rusiyali tarixçi alimlər Aleksandr Serqeyevic Puncenkov, Vladimir Viktorovic Mixaylovun da məruzələri diqqət cəkib. Sankt-Peterburq Dovlət universitetinin muəllimi, soydaşımız türkoloq Şahnaz Kamalın məruzəsi isə “Azərbaycancılıq ideologiyasının qurucusu M.Ə.Rəsulzadə” mövsuzu olub.
Dilqəm Əhmədin cıxışı , təqdim etdiyi arxiv materialları, şəxsi kolleksiyasına aid fotolar isə bütün qonaqların, xüsusilə gənclərin böyük maragına səbəb olub. Cıxışın sonunda coxsaylı sualları cavablandıran Dilqəm Əhməd tədbirin təçkilatçılarına müəllifi olduğu kitabları hədiyyə edib.
Bədii hissədə isə “Cinar” Rəqs Ancamblı və “Naz” ansamblı milli rəqslərimizi ifa etdiblər. İstedadli gənc soydaşımız, Sankt_Peterburq Dovlət Konservatoriyasının tələbəsi Teymur Kazımov isə səsi ilə hər kəsi valeh edib.
Sonda təşkilatcılar Eldar Əlizadə və Ülviyyə Abbasova yekun cıxışlarında tədbirin ərsəyə gəlməsində dəstək olən hər kəsə təşəkkur ediblər.
Kanal32.az