Könül Aydın-Şam ömrünə bənzəyən ömür-FOTOLAR

Müəllimin ömrü şam ömrünə bənzər…

Müəllimlər Günü ərəfəsində könüllərdə taxt quran, qutsal bir sahənin yükünü çiyinlərində çəkən pedaqoqlarımızdan biri ilə  həmsöhbət olduq.

Müsahibimiz Mingəçevir Dövlət Universitetinin(MDU)Humanitar fənlər kafedrasının müəllimi Könül Nadir qızı Aydındır.

-Sizinlə əlamətdar olan bir ərəfədə görüşürük.Təbii ki,jurnalist maragım,araşdırmam Sizin ünvanı tapdı.Bu da təsadüfi deyil.

-25 il əvvəl-1998-ci ildə Gəncə Dövlət Pedoqoji Universitetini bitirdim. Azad təyinat aldım.Mingəçevirə 8 saylı məktəbə gəldim.Körpə fidanlarımıza dilimizin incəliklərini,gözəlliklərini və qayda-qanunlarını mənimsətməklə bərabər klassik ədəbiyyatımızın,onun korifeylərinin dünya söz-sənət aləmində tutduğu fərqli mövqeyi şagirdlərimə aşılamağa,sevdirməyə başladım…

-Az keçmədi ki,2005-ci ildə pedoqiji ünvanınızı dəyişib Mingəçevir 8 №-li məktəbdən 19 №-li məktəbə keçdiniz.Yəqin ki,bu işdə Sizə təkliflər və məsləhətlər oldu.

-Bəli,19 №-li məktəbin keçmiş direktoru Tünzalə müəllimə ilə səmimi münasibətim vardı.Onun təklifi ilə iş yerimi dəyişdim və mənə yaradılan şəraitdən maksimum yararlanmağa çalışdım.Fənn kabinetinin zənginliyi,özümün can yanğısı ilə işə yanaşmağım,şagirdlərimin bu münasibətdən bəhrələnməyi və uğurlu nəticələr qazanmağı mənim karyerama böyük təkan verdi. Məktəbin direktoru Ülviyyə müəllimə, məktəb kollektivi,valideyinlər, xüsusən şagirdlərimin münasibəti məni daha da ilhamlandırdı.Çünki yaxşı müəllim sadəcə öyrədən yox,həm də könül dostu olmagı bacaran şəxsiyyətdir. Yeri gəlmişkən qeyd edim ki,orta məktəbdə bu səmimiyyəti dil-ədəbiyyat müəllimim Təranə müəllimədə görmüşəm. Onun bizə və fənninə olan olan sevgisi bu gün məni bu sənətə gətirib çıxarıb. Mən də bu yolda var qüvvəmlə çalışdım ki,müəlliməmin mənə olan etimadını döğruldum. 2012-ci ildə “ İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi oldum. 2014-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafına göstərdiyim xidmətlərə görə “Tərəqqi” medalına, 2021-ci ildə isə “Respublikanın Əməkdar müəllimi”fəxri adına layiq görülmüşəm. Eyni zamanda Azərbaycan müəllimlərinin XIV və XV qurultayında iştirak etmişəm. 2021-ci ildən Mingəçevir Dövlət Universitetinin əməkdaşıyam. MDU-nun rektoru hörmətli Şahin Bayramova minnətdaram ki,qayğısı sayəsində qarşımda daha geniş üfüqlər açıldı. Pedoqoji fəaliyyətim elmi fəaliyyətlə üzvi vəhdət yaratdı.

-Bu həm də sizin yeni-yeni uğurlara imsa atmagınıza gətirib çıxardı.

-Tamamilə döğrudur. İlk növbədə qazandığım uğurlara görə mənə hər vaxt dəstək olan,dəyərli məsləhətlərini əsirgəməyən Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira xanım Cəfərovanın, dosent Namaz Manafovun diqqət və qayğıları ilə əhatə olundum. Eyni zamanda hər zaman bu dəyərli insanların təcrübəsi mənim yol yoldaşımdı.

-Bunlar lap əla! Çoxillik təcrübənizə əsaslanıb gənc müəllimlərə hansı tövsiyələrinizi,məsləhətlərinizi vermək istərdiniz?

-Ədəbiyyata sevgim orta məktəb müəllimlərindən qaynaqlanıb.Gənc müəllimlərə də tövsiyəm odur ki,ədəbiyyatı iş xatirinə tədris etməsinlər,həm sevsinlər,həm də bu hissi şagirdlərinə aşılamagı bacarsınlar.Müasir dövrdə təhsilin,məktəbin imkanları çox genişlənib.Müstəqilliyimizin tam bərpasından bütün sahələrdə olduğu kimi,təhsildə də imkanlarımız genişlənəcək. Pedoqoqlarımız əyaniliyə daha çox diqqət yetirəcəklər. Qarabağımızın Şuşası həm də şeir,sənət,ədəbiyyat ocağıdır. Qədim Gəncəmiz,Şəkimiz,Qəbələmiz,Qazax bölgələrimiz şəhərimizdən o qədər də uzaqda deyil.Bu yerlərdəki ədəbiyyat ocaqlarına birgünlük səfərlər təşkil etmək o qədər də çətin deyil. Xeyri o olar ki,gənclərimiz klassiklərimizin,həm də yaxın keçmişimizin şair və yazıçılarının ev muzeylərini ziyarət etməklə dünyagörüşlərini zənginləşdirə bilərlər. Bir məqamda məni narahat edən məsələlərdəndir. Mən teatra getməyi xoşlayıram. Şəhərimizdə öz müasirliyi ilə seçilən teatrımızı və istedadlı aktyor qüvvələrimiz vardır. Onların yaradıcılıq potensialından lazımınca istifadə edirikmi? Zənnimcə yox. Sanki təhsillə teatr ayrı-ayrı yollarla addımlayırlar. Bu iki təşkilatın rəhbərlikləri ortaq məxrəcə gəlib tamaşaçı problemini həll etməklə bəarabər,həm də yerli və dünya dramaturgiyasını təbliğ etməklə ədəbiyyatı gənclərimizə sevdirə bilərlər.

– Könül xanım,müəllim ömrünü şama bənzədirlər.Arzu edirik ki,şam ömrünüzün şöləsi Azərbaycan təhsilinin üfüqlərindən daha gur görünsün! Uğurlarınız daha bol olsun! Bayramınız mübarək!

– Çox sag olun .Təşəkkür edirəm!

Müsahibəni apardı:

Esmira Hidayətova,

Mingəçevir