“… Sağlam yaşa, 100 yaşa” layihəsi davam edir-FOTOLAR

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Davamlı Turizmin İnkisafına Dəstək” İctimai Birliyi tərəfindən “Hər kim 100 il yaşamasa, günah onun özündədir. Sağlam yaşa, 100 yaşa” layihəsi davam edir.

Kanal32.az-a verilən məlumata görə,layihə çərçivəsində sağlam həyat tərzinin təbliği ilə bağlı layihənin ikinci təlimi Bakı İstanbul liseyində keçirilib.Öncə  layihənin rəhbəri Nərminə Qəribova təlim iştirakçılarını salamlayaraq layihənin məqsədi və donoru haqda məlumat verib. Sonra təlimdə iştirak edən psixoloq Günay Qasımova təlim iştirakçılarına depressiya hallarına erkən müdaxilə ilə qarşısının alınması, stresin idarə olunması, zərərli vərdişlərin mənfi təsirləri və layihədə nəzərdə tutulan digər vacib psixoloji məqamlardan söhbət açıb. Psixoloqun çıxışı gənclər tərəfindən xüsusi maraqla qarşılanıb.

Təlimdə iştirak edən həkim Mətanət Qaraxanova isə sağlam həyat tərzinin qaydaları, düzgün qidalanma, düzgün yuxu rejimi, sağlam həyat üçün ən vacib amillərdən danışıb. Təlim gənclər tərəfindən çox böyük maraqla qarşılanıb. Həmçinin, əlavə olaraq həkim tərəfindən vaksinasiya və süd vəzi xərçənginin profilaktikası ilə bağlı  ətraflı məlumat verilib.

Olduqca səmimi mühitdə keçən tədbirin gedişi zamanı iştirakçılara çay və kofe, həmçinin nahar yeməyi verilib.

Təlimin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub. Günün sonunda isə iştirakçıların və Healthway qrupunun dəstəyi ilə özündə sağlam həyat tərzi haqqında məlumatları əks etdirən 375 ədəd buklet paylanılıb.

Kanal32.az