“Sağlam gənclik-parlaq gələcək” layihəsi gənclərə nə verdi?-FOTOLAR

“Sağlam gənclik – parlaq gələcək” layihəsi çərçivəsində fəaliyyətlər davam edir.

Kanal32.az-a verilən məlumata görə layihə çərçivəsində Mingəçevir şəhərində gənclərə cəmiyyətin mövcud problemlərindən olan zərərlivərdişlər, onların növləri, onların mövcud fəsadları, onların aradan qaldırılması və bu vərdişlərə qarşı mübarizə istiqamətində məlumatların öyrədilməsi üçün təlimlər keçilib.

“İstedadlı vəYaradıcı Gənclərə Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində yaşayan təxminən 40 nəfər gəncə mövcud problemlərdən biri olan zərərli vərdişlər, onların yayılma sürəti və yolları, cəmiyyətdə mövcud təbliği, onun qarşısının alınması və mübarizə üsulları, bu mövzuda gənclərin üzərinə düşən məsuliyyəti stiqamətində məlumatların ötürülməsindən ibarətdir.

Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digərgənclərə dolayı yolla təsir etməklə cəmiyyətin fəal üzvləri olan gənclərin mövcud problemin həllində iştirakçılığının artırılmasına töhvə verəcəkdir.