Şagirdlərimizdən FISO Beynəlxalq Yarışmasında möhtəşəm nəticə-FOTOLAR

Azərbaycan milli komandası FISO Beynəlxalq Yarışmasının final mərhələsində yüksək nəticə göstərib.

Kanal32.az-a verilən məlumata görə 13–17 iyun 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən FISO Beynəlxalq Yarışmasının final mərhələsində Azərbaycan milli komandası Global Olympiad Center təşkilatçılığı ilə uğurla çıxış edib.

Yalnız bilik yarışları ilə kifayətlənməyən bu beynəlxalq proqram çərçivəsində şagirdlər Dubayın məşhur məkanlarına da ziyarətlər edib, zəngin mədəni-təhsil təcrübəsi qazanıblar.

Riyaziyyat, Elm, İngilis dili və Məntiq fənləri üzrə keçirilən bu nüfuzlu beynəlxalq yarışmada ölkəmizi təmsil edən şagirdlər 6 fərqli yaş kateqoriyasında bilik və bacarıqlarını nümayiş etdiriblər. Final mərhələsində Azərbaycanla yanaşı Türkiyə, İndoneziya, Vyetnam, Filippin, Mozambik, Rusiya, Tacikistan, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Qırğızıstan və Gürcüstan daxil olmaqla ümumilikdə 16 ölkənin iştirakçıları mübarizə aparıb.

Azərbaycan komandası yekunda Riyaziyyat, İngilis dili və Məntiq üzrə qızıl, gümüş və bürünc medal daxil olmaqla müxtəlif nominasiyalarda Dünya birincisi adını qazanaraq ölkəmizin beynəlxalq təhsil uğurlarına mühüm töhfə verib.
Bu Beynəlxalq yarışmada Dünya Məktəbinin 7-ci sinif şagirdi Kərimov Firdovsi Murad oğlu ingilis dili katiqoriyası üzrə ən yüksək nəticə göstərməklə dünya birincisi adını qazanıb və qızıl medal əldə edib.

Əldə edilən bu möhtəşəm uğur təkcə fərdlərin zəfəri deyil,bu həm də Azərbaycan dövlətinin zəfəridir.

Kanal32.az