Şəmkirdə uşaqlar da Türkiyəyə yardım aksiyasına qoşulub-FOTOLAR

Türkiyəyə göndərilən humanitar yardım aksiyasına aktiv şəkildə qoşulan Şəmkir rayonunda yardımların ardı-arası kəsilmir.

Rayondan göndərilən növbəti yardım maşını təyin olunmuş məntəqəyə yola salınıb.

Yardım kampaniyasınının təşkildə fəal iştirak edən Səbuhi Qlıncbəliyi “Kanal32”yə açıqlamasında bildirib ki, humanitar yardımın içərisində bir neçə  ton ərzaq məhsulları var. Həmçinin yorğan-döşək, isti geyimlər, qızdırıcı qurğular və generatorlar da göndərilib.

Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır. Hətta, bu qardaşa dəstək aksiyasına azyaşlı uşaqlar-məktəblilər də aktiv şəkildə iştirak edirlər.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub, on minlərlə insan həyatını itirib. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Kanal32.az