Şəhid atası yüksək vəzifəyə təyin olundu-FOTO

Abşeron rayonunda yeni kadr təyinatı olub.

Abşeron  rayon İcra Hakimiyyəti Başçısı Abdin Fərzəliyevin müvafiq əmrinə əsasən 44 günlük Vətən müharibəsi zamanı Talış kəndi, Talış yüksəkliyi və Suqovuşan  uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına  şəhidlik  zirvəsinə yüksələn  İlqar  Burcəliyevin  atası  Vüqar  Burcəliyev   Abşeron rayonunun Şəfəq qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsinə təyin edilib.

Məlumata görə, bu təyinat yerli icra strukturlarında idarəetmənin daha da təkmilləşdirilməsi, əhali ilə əlaqələrin gücləndirilməsi məqsədini daşıyır. Yeni icra nümayəndəsi kimi fəaliyyətə başlayan Vüqar Burcəliyev qarşıdakı dövrdə qəsəbənin sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin həyata keçirilməsi və sakinlərin problemlərinin operativ həlli istiqamətində çalışacaq.

Qeyd edək ki, bu  təyinat həmçinin 44 günlük Vətən müharibəsində canını fəda edən vətən oğullarının xatirəsinin daim uca tutulması ilə yanaşı Azərbaycan dövləti tərəfindən şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Foto: Vüqar Burcəliyev