Vətən müharibəsi Şəhidinin xatirəsinə həsr olunan güləş üzrə respublika açıq birinciliyi keçirilib. Şəhidin valideynlərinə turnirin medalı və diplomu təqdim olunub.
Kanal32.az xəbər verir ki, Vətən müharibəsi iştirakşısı şəhid döyüşçü Atiq İbrahimovun xatirəsinə həsr olunmuş yunan roma güləşi üzrə turnir paytaxt idman idmançıları da daxil 13 şəhər və rayon güləş komandasının iştirakı ilə Yevlax şəhərində keçirilib.
200 idmançının iştirakl ilə baş tutan turnir başa çatdıqdan sonra təşkilatçı tərəfi Yevlax rayon UGİM-ni təmsil edən Avropa çempionu olan məşqçı müəllim Rüstəm Əliyevin iştirakı ilə şəhid Atiq İbrahimovun anası Gülüş İbrahimovanın həkim kimi çalışdığı Mingəçevir Mərkəzi Xəstəxananaslnın Acil şöbəsində tədbir keçirilib.
Şəhidin döyüş yolundan danışan Səhiyyə Həmkarlar Şurasının sıdri Allahverdi Alıyev ilk dəfə olaraq keçirilən ölkə əhəmiyyətli xatirə turnirinin təşkilatçılarına səhiyyə işçiləri adından təşəkkür edib.
Tədbirdə o da vurğulanıb ki, kollektivin əməkdaşı Bəxtiyar Teymurovun xatirə turniri barədə təşəbbüsü də turnirin keçirilməsində xüsusi rol oynayıb.
Sonda şəhid döyüşçünün anası Gülüş İbrahimovaya və atası atası Ariz İbrahimova xatirə diplomu və medal təqdim olunub.
Ehtiram Muradov
Kanal32.az