Ruslar PKK terrorçularına silah veriblər-Türkiyənin qarşısını almaq üçün

İraq Regional Kürd Administrasiyasının peşmərgələri vasitəsilə Habur Sərhəd Qapısında təhlükəsizlik qüvvələrinə təslim olan “Baver” kod adlı terrorçu T.G (adı açıqlanmır-red.) bir sıra mühüm etiraflar edib.

Kanal32.az xəbər verir ki, 2018-ci ildə Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatında təhlükəsizlik qüvvələrinə qarşı hücumlarda iştirak etdiyi müəyyən edilən terrorçu artıq həbs edilib. “Dövlətin birliyini və bütövlüyünü pozmaq” ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilən terrorçu “Zeytun budağı” əməliyyatı zamanı rusların PKK-ya böyük dəstək verdiyini bildirib.

Terrorçu əməliyyat başladıqdan sonra rusların paraşütlərlə havadan əraziyə silah dolusu yeşiklər göndərdiyini etiraf edib. O, bu silahların yük maşınlarına yüklənərək PKK-YPG terrorçularına çatdırıldığını bildirib.

“Afrində əməliyyat başlayanda kod adI “Mahmud Reş” olan bir nəfər mənə zəng edərək dedi ki, ÖSO (Azad Suriya Ordusu-red.) və Türkiyə Silahlı Qüvvələri Hələb-Afrin yolunu tutsa, içəridə sıxışıb ölə bilərik. Mən əməliyyat bitənə qədər 30 nəfərlik bir qrupla bu yolun təhlükəsizliyini təmin edərkən, Afrinin girişindəki Kıştahar kəndindəki məntəqələrə pikaplarla sursat daşıyan rus əsgərlərini gördüm. Gecə düşəndə YPG terrorçuları bu sursatları götürərək Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə edirdilər”,-deyə o qeyd edib.

/AzPolitika.info/