Rusiya Müdafiə Nazirliyindən Azərbaycana qarşı növbəti həyazsızlıq

“Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağ ərazisindəki məsuliyyət zonasına daxil olub”.

Kanal32.az xəbər verir ki,  bu açıqlama ilə Rusiya Müdafiə Nazirliyi çıxış edib.

Nazirliyin sərsəm açıqlamasında bildirilir:

“Azərbaycan Respublikasının silahlı qüvvələri martın 24-dən 25-dək Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub. Bundan əlavə, Azərbaycan qoşunları “Bayraktar TB2” pilotsuz uçan aparatları ilə Fərrux qəsəbəsi ərazisində “DQR” bölmələrinə dörd zərbə endirib”.

Rusiya Müdafiə Nazirliyinin məlumatında  qeyd edilir ki, hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür.

“Azərbaycan tərəfinə qoşunların çıxarılması ilə bağlı çağırış göndərilib”, – deyə məlumatda bildirilir.