Regional Turizm İdarəsi Mingəçevirə infotur təşkil edib-VİDEO
Mingəçevir Regional Turizm İdarəsinin əhatə dairəsinə daxil olan turizm destinasiyalarının təbliğatı davam edir.
Kanal32.az-a verilən məlumata görə bu çərçivədə Bakı və Gəncə şəhərlərindən dəvət edilən turizm şirkətlərinin nümayəndələrinə və turizm bloggerləri üçün infotur təşkil edilib.
Qeyd edək ki, infoturun keçirilməsində məqsəd Mingəçevir şəhərinin turizm potensialının, xüsusən də Mingəçevir Su anbarı və Varvara su anbarını birləşdirən Kür çayının ümumi turizm potensialını, Kür çayı üzərində yerləşən ada və yarımadaların quş müşahidəsi turizm növünün inkişafı üçün mövcud imkanlarını, Mingəçevirin Alban və Alman irsinin kəsişən nöqtəsində yerləşən müasir və yaşıl şəhər olmasını təbliğ etməkdir.