Region üzrə “istedadlar”sinfi bu məktəbdə açıldı-FOTO+VİDEO

Region üzrə “istedadlar”sinfi bu məktəbdə açıldı.

Sovetlər dönəmində Mingəçevirin 10 saylı tam orta məktəbi şəhərdə ən çox uğurları llə tanınan məktəb idi. Sovetlər birliyi dağıldıqdan sonra bu uğurlar davam edir desək yanılarıq. Amma son bir neçə ildə məktəb öz ənənəsini geri qaytara bilib desək də yanılmarıq. Belə ki,məktəbin rəhbərliyi dəyişdikdən sonra (bir neçə dəfə rəhbərlik dəyişib) məktəbdə yeni bir ab- hava yaranıb. Bunu məktəbin foyesindən içəri daxil olduqda hiss etməmək mümkün deyil . Səliqə səhman,gül-çiçək,hər tərəf sanki bir –birindən təravətli və ürəkaçandır. Əslində, sözümüz bu deyil. Bu gün məktəbin uğurları günbəgün artmaqdadır.Valideyinlərlə həmsöhbət olarkən onlardan eşitdik ki,10 nömrəli tam orta məktəb həm təlim-tərbiyədə,həm də təhsildə irəliləməkdədir. Qərara aldıq ki,məktəbin uğurları ilə yaxından tanış olaq.

Elə ən ürəkaçan mənzərələrdən biri də IV –cü sinflərdə Elm və Təhsil Nazirliyi tərəfindən aparılmış monitorinqdə məktəbin 23 şagirdi 60 bala qarşı 50-dən çox bal toplayaraq region üzrə uğur qazanıb və “istedadlar”sinfi region üzrə məhz bu məktəbdə açıldı.

Məktəbin direktoru Yeganə Kərimova ilə söhbətdən aydın oldu ki, “QARABAĞA VİRTUAL SƏYAHƏT” layihəsində də region qalibi 2-ci yerə layiq görülmüş İstedadlı şagird Nihad Əliyev olub.Həmçinin məktəbin şagirdləri Beynəlxalq Olimpiadalarda da uğurla iştirak edirlər. Şagirdlərin uğurlarından danışan direktor bildirdi ki,ötən il tədris ilində 6 şagird(3 şagird ümumi orta,3 şagird tam orta)buraxılış imtahanlarında yüksək nəticə göstərərək fərqlənmə attestatına layiq görülmüşlər.RFM-da VI-cı sinif şagirdi Əkbərli Banuçiçək respublika üzrə 3-cü yerə çıxaraq bürünc medala layiq görülüb.Həmçinin ötən tədris ilində məktəbin bir qrup şagirdləri Bakıda keçirilən SASMO Beynəlxalq məntiq olimpiadasında qalib olaraq Sinqapura vəsiqə qazandılar.1 nəfər “Qızıl”,3 nəfər “Bürünc”medala layiq görülmüşlər.

Yeganə Kərimova söhbət əsnasında onu da vurğuladı ki,şagirdlərin ibtidai siniflərdən istedadları aşkarlanmalı,üzə çıxarılmamlı,və inkişaf etdirilməlidir.Məktəbimizin gənc,potensiallı,peşəkar ibtidai sinif müəllimləri vardır.Bu günkü 5i istedadlılar onların əməyinin bəhrəsidir.Necə deyərlər,bünövrə möhkəm və düzgün qoyularsa,onu heç bir qüvvə dağıda bilməz. Biz də inanırıq ki,bu şagirdlərin uğurları haqqında hələ çox danışacağıq”. 5 I sinfinin”istedadlar”ı bu gün məktəbin şəhid məzunu olmuş İlkin Agakişiyevin anım günündə şəhidin adına verilmiş sinifdə onun kimi mərd vətənpərvər bir gənc kimi yetişəcəklərinə söz verdilər.

Qeyd edək ki,iki il bundan öncə Yeganə Kərimova Elm və Təhsil Nazirliyində 500-dən artıq şagird sayı olan məktəblərə direktor vəzifəsinə işə qəbul imtahanında uğur qazanaraq bu məktəbə direktor təyin olunub. Məktəbin direktoru Yeganə xanım uşağın həyatında məktəb-müəllim-valideyn üçbucağı daha çox rol oynadığını dedi. Uşaqların tədris nailiyyətlərində valideynlərin rolunu xüsusi qiymətləndirən direktorun fikrincə, şagirdin məktəbə bağlanması da valideynlə məktəbin münasibətlərindən birbaşa asılıdır.

Qeyd edək ki,Yeganə xanımın işlədiyi ilk günlərdən məktəbdə nizam-intizama ciddi fikir verilir,icazəsiz dərsdənqalma və gecikmə halları azalıb, nizam -intizam qaydalarının tətbiqinə ciddi nəzarət edir.

Esmira Hidayətova,

Mingəçevir