“Region gənclərinin qərarvermədə iqtisadi və maliyyə savadlılığının artırılması” layihəsi bu dəfə Qaxda-FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 17-ci qrant müsabiqəsinin qalibləri sırasında yer alan “Region gənclərinin qərarvermədə iqtisadi və maliyyə savadlılığının artırılması” layihəsi tam sürətlə davam edir.

Kanal32.az-a verilən məlumata görə ilk mərhələsi Göyçay rayonunda baş tutan layihənin ikinci mərhələsi Qax rayonunda keçirilib. Təlimlərin ilk günü gənclərlə ümumi tanışlıq, layihənin məqsədi və əhəmiyyəti ilə bağlı məlumatlandırma, bir-biriləri ilə ünsiyyət qurmaq, özlərini daha yaxşı ifadə etmək üçün müxtəlif oyunların təşkili ilə xarakterizə olunub, ikinci gün isə “İqtisadiyyat və maliyyənin əlaqəsi”, “Maliyyə savadlılığı”, “Şəxsi büdcənin idarə edilməsi” mövzularında təlimlərlə yadda qalıb. Həmçinin təlim ərzində müxtəlif enercayzerlər, qrup işləri keçirilib.

Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda region gənclərinin məşğulluq imkanlarını dəyərləndirmələri üçün onların iqtisadi və maliyyə savadlılığını artıraraq iqtisadi qərar qəbul etmə bacarıqlarının inkişaf etdirilməsidir.

Qeyd edək ki, layihə “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilir.