Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi “Ətraf mühitin keşiyində” region gənclərinin iştitakı ilə ekocamp” layihəsini həyata keçirir.
Layihənin əsas məqsədini ətraf mühitin qorunmasında yeniyetmə və gənclərin biliklərinin artırılmasi və ətraf mühiti təcrübədə öyrənərək, məsuliyyətlərini artırmaq təşkil edir.
Layihə çərçivəsində 14-15-16 fevral 2024- cü ildə Beyləqan, Füzuli və Tərtər rayonlarında gənclərn iştirakı ilə ətraf mühit, yaşıl dünya və ekoloji problemlər mövzusunda seminar təşkil edilib. Ətraf mühitin qorunması istiqamətində fəaliyyətlərə dəstək məqsədilə keçirilən seminar interaktiv formada keçirilib.
Seminarlarda müvafiq rayon icra hakimiyyətinin əməkdaşları, rayon gənclər və idman sektorlarının əməkdaşları, layihə heyəti, ETSN 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev iştirak edərək, həyata keçirilən tədbirin əhəmiyyətini qeyd etmiş, iştirakçılarla mövzu ətrafında maraqlı müzakirələr aparılıb.
Eyni zamanda seminarda layihə rəhbəri Zaur Quliyev tərəfindən 20 nəfər yeniyetmə və gənclərin iştirakı ilə füsunkar təbiətə malik Göygöl rayonunda 23-24-25 fevral 2024- cü ildə həyata keçiriləcək düşərgə haqqında da təqdimat etmiş, məlumatlandırma həyata keçirilib.
Bildirilibki, düşərgənin keçirilməsində əsas məqsəd yeniyetmə gənclərin qış tətilini səmərəli təşkil edərək yaşadıqları bölgənin təmizliyi üçün məsuliyyətli olmağa həvəsləndirmək, gənclərin ətraf mühitə qarşı məsuliyyətini artırmaq və onlara ekoloji biliklər verməkdir. Düşərgədə nəzərdə tutulan bütün fəaliyyətlər təmiz ekologiya, tullantısız ətraf mühit və sağlam həyat tərzi istiqamətində aparılacaq.
Təlimlərdə biomüxtəliflik, Azərbaycanın təbiətini kəşf edək, ətraf mühitin qorunmasında vətəndaş məsuliyyəti, tullantısız ətraf mühit və sağlam həyat tərzi, gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən düzgün istirahətin təşviqi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və sessiyanın Azərbaycanda keçirilməsinin əhəmiyyəti və ətraf mühitin qorunması istiqamətində gələcək fəaliyyətlər ilə bağlı müzakirələr ediləcəkdir.
Seminarlar maraqlı müzakirələrlə davam edərək, xatirə fotosu çəkilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, həyata keçiriləcək fəaliyyətlər Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə dəstək xarakteri daşıyır.
İctimaiyyətlə əlaqələr departamenti